beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar ağlar

Kiçik bir oğlan anasından soruşdu:
— Nə üçün ağlayırsan?
— Çünki mən qadınam, deyə
cavablandırdı anası.
— Anlamadım! — dedi uşaq. Anası
uşağı qucaqlayıb: — Və heç bir zaman anlaya
bilməyəcəksən! dedi.
Atasına:
— Ata, anam nə üçün ağlayır? deyə
soruşdu.
Atanın cavabı: — Bütün qadınlar səbəbsiz ağlaya
bilirlər, dedi.
Kiçik oğlan böyüdü, yetkinləşdi, ancaq
hələ qadınların nə üçün ağladıqlarını
kəşf edə bilmədi. Nəhayət öldükdən
sonra cənnətə getdiyində ALLAHdan soruşdu:
— ALLAHım! dedi. Qadınlar nə üçün bu
qədər asan ağlaya bilirlər?
ALLAH buyurdu ki:
— Mən qadınları xüsusi yaratdım!
Bütün həyatın ağırlığını daşıya biləcək qüvvətdə olmasına baxmayaraq
başqalarına təsəlli verəcək qədər
yumşaqdırlar… Doğumun ağrısı
olduğu qədər doğurduqları
övladlarının nankorluğuna söykənə
biləcək iç qüvvətini verdim. Başqalarının qüvvətinin qalmadığında
davam edəcək əzmi, ailəsinin
xəstəliyində yorğunluğa
buraxdırmayacaq qüdrəti verdim.
Ərlərini bütün qüsurları ilə sevmək
qüvvətini verdim. Kişinin qabırğasından onları kişinin ürəyini
qorumaları üçün yaratdım. Onlara
yaxşı bir ərin yoldaşını əsla
incitməyəcəyini, lakin bəzən dəstək və
qüvvətini sınayacaq davranışlar da
tapılacağını anlayacaq həssas bir zəka verdim. Tək zəiflik olaraq qadınlara bir
göz yaşı verdim. Tamamilə özlərinin
sahib olduqları, ehtiyacları olduğunda
istifadə etmək üçün… İNSANLIQ ÜÇÜN
BİR GÖZYAŞI! — deyə cavablandırdı.
Qadını gözəl edən şey nə saçı, nə bədəni, nə özünü nə şəkildə
daşıdığıdır. Qadını əsas gözəl edən
sevgisini paylaşa bilməsi,
fədakarlığı,məsuliyyəti, anlayışı, yalnız
məlumata deyil eyni zamanda ürəyə
də istiqamətli ağlıdır..


Tarix: 19.05.2013 / 14:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 127 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri