beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Deyerli qizlarimiz

Oğlanlar,qızlara hörmət eləyin,
Ya sevin qızları,ya redd eleyin.
Aldadıb atmayın,günahdı qızlar
Sabahkı ən əziz anadı qızlar.

Səsində həya var,gözündə ovsun,
Evdə dilavərdi,çöldə lal olur.
Gözünüz qızların gözündə olsun,-
O gözdə daimi bir sual olur.

Qızlar anadılar,oğlanlar ata,
Kim deyir,bu işi bir əyən olmur?!
Qızların qız baxtı gözəl olsa da
Gəlinlik vaxtları müəyyən olmur.

Fikirə öyrəşir,qəmə qatlaşır,
Qəlbində yaşadır,sirrini təkcə.
Öz ata evində qızlar yadlaşır
Yad oğlan evinə meyl eylədikcə.

Qəlbini sevdiyi oğlana deyir,
Ancaq rəfiqəsi soruşsa,danar.
Özgə anasına qız ana deyir,
Özgə atasına qız olan qızlar.

Qızlar aldanandı,siz aldatmayın,
Aldanıb yananın qanı buz qalar.
Qolları üstündə gedib yatmayın,
Yazıqdı,əbədi yuxusuz qalar.

Görüşə getməyin ürək sevməsə
Sözümü,a qızlar,ucuz tutmayın.
Ürəkdən çəkirik nə çəkiriksə,
Bunu da həyatda siz unutmayın.


Tarix: 11.06.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 133 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri