beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəlləşərkən yaşa diqqət

Qadınlar gözəlləşməyə çalışarkən hansı yaşda olduqlarına da diqqət etməlidirlər. Çünki hər yaşın ayrı gözəlliyi olduğu kimi ayrı ehtiyacları da vardır. Baxaq bunlar nələrdir?
20-li Yaşlar
Dəriniz üçün nəmli qalmasını təmin edəcək bir krem seçin. Ağır kosmetiklər yerinə üzərində gənclərin istifadə edə biləcəyini göstərən ibarələr olan daha təbii məhsulları seçim edin. Turşulu içkilərdən uzaq durun. Antioksidanlarla dərinizi dəstəkləyin.
30-lu Yaşlar
Retinol ehtiva edən, hüceyrə istehsalını dəstəkləyən kremlər istifadə etməlisiniz. Bu tərz məhsullar dərinizə A vitamini dəstəyi verər və dərinizin daha parlaq bir görünüşə qovuşmasını təmin edər. Günəşin gəldiyi saatlarda əsla çöldə qalmamağa diqqət yetirin.
40-lı Yaşlar
Melanin səviyyəsini dengələyən məhsullar seçməniz lazımdır. A, C və E vitamini baxımından zəngin kremlər istifadə etməlisiniz. Bu yaşlarda anti-Aging ehtiva edən sərəmlərin faydasını görə bilərsiniz. Günorta saatlarında özünüz üçün bir siesta arası verin və gecələri erkən saatlarda yatmağa diqqət yetirin.
50-li Yaşlar
Bu dövrdə hüceyrə təmir edici kremlər istifadə etməlisiniz. Artıq sizin üçün yağ əsaslı məhsullar istifadə etmək çox əhəmiyyətli. Dəri baxımınızı tamamlamaq üçün kremlərin yanında serumlardan da faydalanmalısınız. Diqqətə çarpanlaşan sallanmaları maneə törətmək üçün kilonuzu sabit tutmanız lazımdır. Gündə 2 litr su içməyi laqeyd yanaşmayın.


Tarix: 15.06.2013 / 18:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri