beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qamətli Fiquraya Malik Olmağın Qaydaları

Pəhrizlərin çoxusu, müəyyən məhsulların siyahısından ibarət olur. Lakin, insanı azad seçimdən məhrum etmək və zorla nəyisə qəbul etdirmək, insanda dilxorluq və qıcıqlanma hissi yaradır.
Piysiz və aşağı səviyyədə olan karbohidratlı pəhrizlər – vəziyyətdən çıxmaq demək deyil. Lakin, əgər siz dadlı qidalanaraq, effektiv arıqlamaq üsuluna inanmırsınızsa, biz sizi inandırırıq ki, məhz belə pəhrizlər mövcuddur.

Onlardan birini də sizə hal hazırda təklif edirik:

Qayda – 1.


Səhər yeməyindən və şam yeməyindən imtina etmək, ya da daim nəisə çeynəmək – eyni dərəcədə pisdir. Ən optimal variant – gündə 5-6 dəfə qida qəbul etməkdir. Aclıq hiss etdikdə, tələsmədən bir şey yeyin. Ancaq unutmayın ki, qida qəbul edilməsi yatmaqdan 3 saat əvvəl olmamalıdır.

Qayda – 2.

Ən əsası – orqanizmdə xeyirli maddələrin balansını saxlamaqdır. Bunun üçün, gündə 6-9 porsiya təzə meyvə və tərəvəz yeyin (1 porsiya – 1 ədəd deməkdir), iri unda üyüdülmüş çörəkdən, yulaf yarmasından istifadə edin, həftədə 3 dəfə balıq yeyin. Pendir və piysiz əti də unutmayın. Gündə 0,5 litrdən az olmamaq şərti ilə, su için, 2 stəkan süd və ya kefir qəbul edin.

Qayda – 3.
Aram-aram yeməyə öyrəşin – belə, siz həm yeməyin tamını çıxaracaqsınız, həmçinin də tez toxluq hissi keçirəcəksınız. Kiçik tikələr qəbul edin, hərdən də çəngəl və ya qaşığı kənara qoyub, yeməyin tamını çıxartmaqdan həzz alın. Fikirinizi yeməkdə cəmləşdirin.

Qayda – 4.

Çox yəməyin səbəbi, yediyiniz qabın diametrindən də asılıdır. Bu sizin qəbul etdiyiniz qidanın miqdarına da təsir göstərir. Nimçə nə qədər balaca olarsa, bir o qədər də siz onun üstünə az yemək qoyacaksınız. Nəticə: kiçik qablardan istifadə edin.

Qayda – 5.
Öz vərdişlərinizin və soyuducunuzun araşdırmasını aparın. Yarımfabrikat məhsulları (sosiska, kolbasa, kotlet və s.) sağlam məhsullarnan əvəz edin (Qayda – 2 bax).

Qayda – 6.
Zərərli sayılan məhsullar (şokolad, peçenye, piçça və çipslər), əslində müxtəlif pəhrizlərə kömək olur və ağzın tamını dəyişır.
Ən əsası – düzgün seçim etməkdir. Məsələn, qarğıdalı və aromatizatorlu kartof çipslərin yerinə - ədviyyatsız kartof çipsləri, konfetlərin və şokoladın yerinə - acı şokolad, adi peçenyanın yerinə - yulafdan hazırlanmış peçenyalardan istifadə edə bilərsiniz.

Qayda – 7.
Heçvaxt konfet, peçenya dolu vazaları göz önündə qoymayın. Belə olduğu halda, siz daim masaya düzülmüş hər hansı bir ləvazimatlardan istifadə edəcəksiniz.

Qayda – 8.
Ən azından, həftədə 3 dəfə 20 dəqiqə fiziki aktiv hərəkətdə olun. Bu sizin yaxşıca tərləmənizə və artıq kaloridən azad olmağınıza kömək edəcək.

Qayda – 9.
İnsanların çoxusuna 8 saat yatmaq vacibdir. Biz isə cəmi 6-7 saat yatırıq. Yuxu çatışmamazlığı, artıq kilonu artırır, və siz daim şirin və yağlı bir şey qəbul etmək istəyirsiniz. Energiya ehtiyatını artırmaq üçün, siz ilk növbədə yorğunluqla mübarizə etməlisiniz.


Tarix: 26.05.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 165 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri