Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəfiqənizlə paylaşmamanız lazım olan 9 şey

Rəfiqələr bəzən kədər, bəzən sevinc paylaşarlar.Bəlkə evlənənə qədər bir çox rəfiqəniz olar ,amma bir dənə can dostu tapmaq daha çətindir.

Universitetə getdiyiniz, və ya birlikdə bufetdə oturdugunuz uşaq, paylaşdığınız böyük sirlər o zaman sizə aşılması çətin dağlar kimi görünər.
Mühitinə girdiyiniz zaman daha yaxşı anlarsınız o rəfiqələrin necə günahsız olduğunu. Rəfiqə, həyat deməkdir. Bir ömürü paylaşarsınız lakin bir yerə qədər. Ən yaxın qız yoldaşlarınızla belə paylaşmamanız lazım olan şeylər var.


Keçmiş sevgiliniz
Siyahıda olmağı haqq edən variantlardan biridir! Əlaqənizin dərinliyinin əhəmiyyəti yoxdur, bu əsla sovuşdura bilməyəcəyiniz bir cəhddir. Köhnə sevgilinizə aid olduğu yerdə buraxın, getmənizə necə olub da icazə verdiyini düşünərkən əsla sevimli rəfiqələrinizdə yanınızda olmaz.


Ətir

İlk baxışda eqoizm kimi gələcək amma bir də belə düşünün: Uzun zamandır istifadə etdiyiniz və sizə yaraşan ətirin eynisindən yaxın rəfiqəniz istifadə edir. Halbuki bu qoxu sizin imzanız, haradasa şəxsiyyətinizin bir parçası olmuşdu. Təbii ki, insanların istifadə etdiyiniz ətiri almağa maneə törədə bilməzsiniz ,amma fərdiliyinizi qorumaq üçün qoxunuzu özünüzə saxlayın, peşman olmayacaqsınız.


Qısqanclıq

Bunun rəfiqənizlə paylaşdığınız bir şey olmadığını söyləyə bilərsiniz. Amma yaxın olduğunuz birinin başınıza yaxşı bir şey gəldiyində, sizinlə birlikdə sevinmədiyini fərq etsəniz özünüzü necə hiss edərsiniz? Bir rəfiqəyə verilə biləcək ən pis reaksiya onun əzab ya da xoşbəxtliyini paylaşmamaqdır. Aişə yeni bir avtomobil aldığında, Fatma xoşlandığı oğlanla görüşməyə başladığında rəfiqəniz üçün xoşbəxt olun!

Pis vərdişlər

Əgər bir yoldaşınızın yeni bir pis vərdiş əldə etmək üzrə olduğunu fərq etsəniz, özünüzü ona yoldaşlıq edərkən tapmayın. McDonaldsa gecə ziyarətləri, siqaret və spirt istifadəsi ya da dedi-qodu, özünüz olmaqdan güzəşt verməyin, rədd etməyi bilin.

Reseptlər

Bunu çox ciddi bir xəbərdarlıq qəbul edin:Nə qədər yaxın olduğunuz əhəmiyyətli deyil, aranızda həkimçilik oynayıb dərman alış-verişi etməyin. Günahsız bir fikir kimi görünə bilər amma çox qısa bir zamanda qorxunc bir kabusa çevrilə bilər.

Pis iy verən ya da pis dadı olan yeməklər

Birlikdə yeməyə çıxırsınız və ən yaxın rəfiqənizin ismarladığı yeni menyudan bir yemək aldınız sonra "Aman tanrım nə qədər pis" deyib, dadına baxmanızı təklif edir. Görmək istədiyiniz dəyişikliyi siz yaradın və yalnız ləziz bir yeməyi paylaşmağı təklif edin.


Kiprik üçün tuş

Çox vaxt makiyaj vəsaitlərini paylaşmaq son dərəcə təbii gəlir, xüsusilə də çölə çıxmaq üçün lazım olan hazırlıq müddəti birlikdə keçirilirsə. Amma çox həkimə görə bir istisna var. Maskara bakteriya və infeksiya silahına dönməyə meylli makiyaj vəsaitidir.

Pessimizm

Əgər ruh halınız iş, kişilər əlaqədar şikayət etmək istəyirsinizsə bunun üçün qız yoldaşlarınızla paylaşmaq qətiliklə uyğundur. Problem, spesifik bir şey haqqında inanılmaz hala gəldiyinizdə başlayır. Rəfiqələrinizi əsla sizinlə eyni fikiri paylaşması üçün məcbur etməyin.


Pul

Burada sözü keçməyəcək kiçik miqdarlardan bəhs etmirik. Xeyli nümunəsi vardır ki, yoldaşlıqlar pul mövzularının stres və təzyiqi altında parçalanır. Maddi mövzular öz özünə canınızı sıxmağa kafiykən, bu çərçivənin içinə bir də sevdiyiniz insanın girməsinə icazə verməyin və rəfiqələrinizlə böyük miqdarda pul alış-verişində olmayın.


Tarix: 12.06.2013 / 21:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 156 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...