Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınları sevmək üçün o qədər səbəb var ki...

İlk dünyaya gəldiyimiz andan etibarən O, bizimləydi, və bizim üçün hər çətinliklərə dözməyə qadir idi. Çünki o, Anamızdı!



Biz uşaq olanda O, bizimləydi, qayğımıza qalardı, bizimlə oynamağı sevərdi. Çünki o, Bacımızdı!



Biz uşaqkən O, bizi nağıllar aləminə aparan,sonra isə həyatımızın ən gözəl anlarında bizə öz xeyir-duası ilə mükafatlandıran idi. Çünki o, Nənəmizdi!



Biz ilk dəfə məktəbə ayaq basanda, O, əlimizdən tutub ilk dəfə hərifləri bizə öyrədən idi. Çünki o, Müəlliməmizdi!



Biz çətinliyə düşəndə O, yanımızda idi və öz kömək əlini bizə uzatmağa hazır idi. Çünki o, bizim Dostumuzdu!



Öz yarımızın axtarışında biz elə bir insanla rastlaşdıqki, O, bizə bütün sevgisini verdi. Çünki o, bizim gələcək Həyat Yoldaşımızdı!



Həyat bizə dözülməz gəldikdə O, bizə bir gülüşüylə bütün dərdlərimizi unutdurdu. Çünki o, Qızımızdı!



Sizlər istədiyiniz hər şeyi reallaşdırmağa qadirsiniz: ən dərin okeanları keçib,ən hündür dağlara çıxmağa qədər. Sizləri sözlə təsvir etmək çətindi. Bu gün isə sizin gününüzdü. Və siz buna layiqsiniz!


Tarix: 18.05.2013 / 14:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 80 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...