beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl saçların sirri...

Saçlarınızın görünüşü sizin sağlamlığınızdan xeber verir.Eyni zamanda her bir qadının özüne ne derecede diqqetli olması onun saçlarından melum olur.Odur ki,pırtlaşıq,ölü,cansız saçlardan uzaq olun.Bundan ötrü saçlarınızı müxtelif tebii maskalarla qidalandırın.

***Quru ve cansız elektrikleşmiş saçlara yumurta maskası yaxşı tesir edir.Bele ki,2 eded yumurta sarısını,2 xörek qaşığı su ile yaxşıca çalıb saçlarınızın dibine sürtün.10-15 deqiqeden sonra başınızı yuyun.


***Banan maskası da saçlara sağlam görkem verir.1 eded ezilmiş bananı,1 yumurta sarısı,3 xörek qaşığı bal,3 xörek qaşığı süd ve 3 xörek qaşığı zeytun yağı ile qarışdırın.Qarışığı yaxşıca qarışdırdıqdan sonra saçlarınızın dibinden ucuna qeder sürtün.15-20 deqiqeden sonra maskanı yuya bilersiniz.


***Kepek problemini yaşayanlar ise saçlarını yuduqdan sonra her zaman gicitken ve çobanyastığı demlemesi ile kompres etmelidirler.Amma bu növbeli olmalıdır.Yani,bir defe gicitken,gelen defe ise çobanyastığı demlemesini yuyulmuş saçlarınıza tökün.Bir az gözleyib,saçınızı qurudun.Bu qulluq sizin saçlarınıza parlaqlıq vermekle yanaşı,onları canlandıracaq ve uzadacaq.


***7 yemek qaşığı keklikotunu 2 stekan suda 10 deqiqe qaynadın.İlıq halda olan demlemeni yuyulmuş saçınıza tökün.Saçınızı yumayın ve elece qurudun.


***2 eded aspirini suyun içinde eridib,şampununuzla bilikde saçınıza yaxın.


***2 çay qaşığı sirkeni 6 çay qaşığı su ile qarışdırın ve yatmazdan evvel saçlarınızın dibine sürtün.Saçınızı desmalla bağlayıb yatın.Seher saçınızı yuyun ve durulayarken tekrar sirke istifade edin.Bu emeliyyat 3 ay boyunca davam etmelidir.


***Qatıq maskası ise lap qedim zamanlardan qadınların sınadığı vasitedir.Yumurtanın ağını köpük halına düşene qeder çalın.Daha sonra 6 yemek qaşığı qatığı hemin qarışığa qatın.Bu qarışığı başınıza masaj ederek sürtün.30 deqiqe sonra saçınızı yuyun...


Tarix: 22.12.2012 / 15:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 583 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri