beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toy psixologiyası

Yəqinki çoxlarınız bu cür mövzulara kifayət qədər maraqla yanaşırsınız, hətta bu ola bilsin ki, özünüzdən də asılı deyil. Adamlıq dinində insanların həyatlarında çox əhəmiyyət verdikləri müəyyən dönüş nöqtələri vardır. Bunlardan biri də toylarıdır. Toy xüsusilə qadınlar üçün o qədər əhəmiyyətlidir ki, o gün gəldiyi zaman hər şeyin dəyişəcəyini, bütün xəyallarının reallaşacağını düşünürlər. Lakin çoxları üçün toy günü həyatlarının ən çətin və ən gərgin keçən günüdür. Bunun səbəblərindən bəziləri bunlardır: Toyda gəlin, kürəkən və ailələri müəyyən mənfəət güdərkən, qonaqların da özlərinə xas ayrı mənfəətləri vardır. Nişan və toy qonaq-ailələrin uşaqlarına yaxşı namizəd tapmaları üçün ideal yerlərdir. Bu səbəblə qızlarını, ya da oğlanlarını mümkün olduqca bahalı paltarlar geyindirib özləri ilə aparırlar. Toyda romantik söhbətlər edilir. Bəziləri yerli-yersiz, səbəbsiz ağlayırlar. Niyə ağladığını özü də bilmir. Ən çox ağlayan ailənin ən yaxınları və böyükləri olur. Söhbət əsnasında «qucağımda böyüdü» deməyi də unutmurlar. Gəlinin səhər tezdən paltar və saç hazırlığı başlayır. Hər kəs o gün şən və cömərddir. O gün hər kəs professional təşkilatçı kimi davranır. Ətrafındakılara əmrlər verir, pul paylayır. Ana lazımlı-lazımsız hər şeyə və hər kəsə pul verir, ata isə buna narazı olduğunu bildirir. Bu zaman ərzində tez-tez bir küncə çəkilib ağlayanlar olur.

Sonra sıra şəkil çəkdirməyə gəlir. Baxıldığında səmimiyyətsiz çəkildiyi bəlli olan şəkillər çəkdirilir. Bu şəkillər daha sonra bir ömür boyu insanlara göstəriləcək. Onsuz da çəkilmə məqsədi budur. Gəlinin necə və nə cür gəlin paltarı ilə evləndiyini, kürəkənin gənckən necə «marka» geyindiyini gələcəkdə hər kəsin görməsi lazımdır. Nikaha gedərkən avtomobilin ətrafı arı pətəyi kimi dolur. Ailələr gəlinlə kürəkənin harada nə edəcəklərini, kimlərə nə cavab verəcəklərini, harada gülümsəyib, harada ağlayacaqlarını əvvəlcədən qərarlaşdırıblar. Toya gələn qonaqların da kiçik mənfəələri vardır. Yaxınlarda qızını nişanlayacaq, ya da evləndirəcək olan varsa, yaxşı bijüteriya taxır ki, onun qızına da bahalı şeylər taxılsın. Qonaqların hamısı gecənin ulduzu olmağı istəyirlər. Paltarlar ona görə nizamlanır. Tərəflər qızıl taxma mərasimini xüsusilə video kamera ilə yazırlar. Məqsəd kimin nə taxdığını təsbit etməkdir. Qonaqlar üçün onun aldığı qızılın hamınınkı ilə bərabər dəyərdə olması əsas məqsəddir. Daha yaxşısını taxmaq «həriflik», daha pisini taxmaq isə kasıblıq əlaməti olaraq qəbul edilir. Hər kəs boynuna düşəni etmişdir. Qonaqlar pulsuz yemək yeməkdən xoşbəxtdirlər. Ailələr də həm özünü göstərmiş, həm də yaxşı alış-veriş etmənin xoşbəxtliyini yaşayırlar. Gəlin və bəy isə olduqca yorğun və narahatdır. Hər kəsin gözü onlardadır. Xüsusilə diqqətli davranmaq məcburiyyətindədirlər.

Təsvir etdiyimiz kimi bir toydakı insanların hamısının ağlında buna bənzər şeylər vardır: Digər insanlara özünü göstərmək, maddi hesablar və diqqətlə yerinə yetirilməsi vacib olan səmimiyyətdən uzaq davranışlar. Bu insanların demək olar ki, heç birinin ağlında Allah yoxdur. Heç biri məşğuliyyətlərindən ayrılıb Allahı düşünməyi, ONU təsbih etməyi, Rəbbimizə həmd etməyi düşünmür, hərəkətlərinin Allahın razılığına uyğun olub-olmadığının və gərəksiz yerə xərclədikləri pulun israf hökmünə girə biləcəyinin fərqində belə deyillər. Yuxarıda saydıqlarımız adamlıq dini cəmiyyətində mədəni, ictimai və maddi cəhətdən standart səviyyəyə sahib bir əksəriyyətin evlilik əsnasında göstərdikləri klassik davranış və münasibətlərin, sahib olduqları psixologiyaların təsviridir. Təbii ki, bundan daha fərqli psixologiyada və mühitdə evlənən kəslər də vardır. Cəmiyyətin müxtəlif təbəqələrinin evlilik mövzusunda istər tanışlıq, istər evliliyə hazırlıq, istərsə də mərasimlər baxımından bir-birindən olduqca fərqli tərzləri ola bilər. Bəziləri ailələr vasitəsilə tanış olarkən, bəziləri də oxuduğu universitetdə və ya işlədiyi iş yerində evlənəcəyi adamla tanış olur. Bəzisinin toyu adi toy salonunda, bəzisininki beş ulduzlu oteldə çox daha dəbdəbəli və ehtişamlı olur. Bəziləri daha klassik, ənənə və adətlərə uyğun bir tərzdə, bəzisi daha müasir Avropa tərzində, bəziləri də fərqli və orijinal bir şeylər etməyə çalışaraq diqqət çəkməyə, maraq toplamağa çalışarlar.

Ancaq fərqli olan yalnız məkanlar, dekorasiyalar, ya da cütlərin bir-birləri ilə tanış olma formalarıdır. Əhəmiyyətli olan məsələ adamlıq dini cəmiyyətinin hər təbəqəsində evliliyin son dərəcə yanlış bir məntiqlə tətbiq olunmasıdır. Evlilik bir-birini sevən və hörmət edən iki insanın nikah bağı ilə bağlanması deyil, içində yüzlərlə cahiliyyə adətinin və qəribə ayinlərin iştirak etdiyi, mənfəətə əsaslanan səmimiyyətsiz və riyakar davranışlarla bəzədilmiş qəribə müəssisə halını almışdır. Mədəni və ictimai strategiyaları nə olursa-olsun hər təbəqədən adamlıq dini mənsublarının evlilik məntiq və psixologiyaları bir-birlərilə eynidir: Yəni,Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir.(Hədid Surəsi, 20) ayəsində ifadə edilən xüsusiyyətləri eynilə daşıyır və tətbiq edirlər. Onsuz da adamlıq dinində Allahın razılığının ən çoxunu axtarmaq, Allahın sərhədlərini qorumaq, Onun təyin etdiyi şəkildə bir həyat yaşamaq kimi anlayışlar yer almadığına görə, geriyə qalan yeganə yol nəfs, istək, həvəs, ehtirasların yolu olmuş olur. Formalar, üsullar dəyişsə də zehniyyət həmişə eyni olaraq qalır.


Tarix: 25.05.2013 / 18:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 324 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri