beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlardan üzr istəməsəniz, ölə bilərlər

“Bağışla, əzizim, mən...”
İngiltərənin “Daily Telegraph” qəzetinin yaydığı xəbərinə görə, kobud, ya da qırıcı bir hərəkətdən sonra üzr gözləyən qadınların təzyiqləri birdən-birə artır, yaxud azalır və ya infarkt riski müşahidə edilir.

ABŞ-da Massaçusetts Universitetinin tibb fakültəsində elm adamlarının apardıqları araşdırmanın nəticələrinə görə, vaxtında üzr istənildiyi zaman qadınlar daha tez sakitləşir və təzyiqləri əsəbi olduqları haldan 20% daha tez öz qaydasına düşür.

Araşdırma çərçivəsində kişi və qadın iştirakçılardan bir riyaziyyat testini 5 dəqiqə içində həll etmələri istənilib. Testin həll olunması əsnasında iştirakçılar üç dəfə qruplara bölünüb və iştirakçılardan əsəbi bir şəkildə testi tez həll etmələri tələb olunub. Testin sonunda araşdırmaçılar iştirakçılara “kifayət qədər müvəffəqiyyətli olmadıqlarının üzə çıxmasını” bildiriblər. Bundan 2 dəqiqə sonra araşdırmaçılar qadın və kişilərin yarısından üzr istəyiblər.

Üzr istənilən qadınların kişilərdən daha tez sakitləşdiyi nəzərə çarpdı. Üzrdən sonra kişilərin təzyiqlərinin normallaşması qadınlardan 20% uzun çəkib.

Təzyiqin yüksək səviyyəyə qalxmasının müşahidə edilməsindən sonra məlum olub ki, bu halda qadınlarda infark riski artır.


Tarix: 24.05.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 53 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri