beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Varlığımda qədrimi bilməyəni, yoxluğumla tərbiyyə edərəm"

"Hər şeyin qədrini vaxtında bilmək lazımdı" deyirlər.. bu ifadəni tez - tez eşidirik elə deyilmi? Lakin buna baxmayaraq heç birimiz ətrafımızda olanların qədrini bilməyi bacarmırıq. Sonradan tökdüyümüz göz yaşımız və içimizi parçalayan peşmançılıq bildiyimiz kimi fayda vermir. Yalnız bəzi məqamlarda yanımızda olan insanların qədrini bilmək üçün ən acı yol elə ayrılıq olur. Nə qədər uzaqda qalırsansa, əgər insan həqiqətən sənin üçün önəmli birisi olubsa, o zaman onun qədrini bilməyə başlayırsan. "Varlığımda qədrimi bilməyəni, yoxluğumla tərbiyyə edərəm" deyə fikirləşən az deyil. Düşünürəm ki, bu prinsiplə hardasa razıyam, bəlkə də həyatın bəzi anlarda münasibətin nə qədər güclü olduğunu və insanın sənin üçün nə qədər dəyərli olduğunu bilmək olar.
Niyə bəzi şeylərin qədrini itirdikdən sonra bilirik? Bunun səbəbini və əlinizdən buraxdıqlarınızı bu suala cavab verərək bizlərlə paylaşmağa çəkinməyin.

Həyatımızda itirdirdikdən sonra qiymətini anladığımız nəsə və yaxud kimsə olub?


Tarix: 19.05.2013 / 14:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 54 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri