beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qıza pul xərcləmək sevginin böyüklüyünü göstərər?

Son zamanlar oğlanlarımız nədənsə qızlarla tanış olmaqdan görüşməkdən,eləcə də evlənməkdən yaman çəkinirlər...

"Necə tanış olum,axı...Cibimdə 5 manatım yox"...


Deyəsən,qızdan söz düşəndə oğlanların gözündə qadın silueti yox,pul kisəsi canlanır.

Bu işdə kimdir günahkar?Qızlar,yoxsa oğlanlar?

Qızlardan soruşsan,deyəcəklər:"Bizim üçün əsas pul deyil.Əsas məhəbbətdir,hörmətdir.Pul olmasada olar."

Oğlanları dindirsən:"Hansı qız adama pul xərclətmir ki?Məhəbbət yalan şeydir,əgər pulun olmasa."

Sevgiliyə pul xərcləmək yaxşı xasiyyətdir,amma olan yerdə.Statistikaya görə,sevgilisi olan oğlanın hər gün ən azı 2-3 manat xərci çıxır.Yox əgər həftədə 1-2 dəfə əməlli-başlı görüş təyin edirlərsə onda xərc 20-30 manata qalxa bilər.Bu rəqəmlər əlbəttə ki,sadə oğlanlara ,tələbələrə,maaşı işdə çalışanlara aiddir.Pulunu balta kəsməyənlərlə isə işimiz yoxdur.Qoy nə qədər istəyirlər xərcləsinlər.Siz bir qızılgüllə kifayətlənib,taksi ilə yox metro ilə gedə bilərsiniz.Bu sizin üçün daha maraqlı olar.Restoranda naharı isə kiçik qəlyanaltı ilə əvəz edə bilərsiz.Şəhərdə belə yerlər çoxdur.Sonra da 2 bilet alıb,kinoya və yaxud teatra gedə bilərsiz.Görürsünüzmü,az xərc çəkməklə daha yaddaqalan görüşə nail olmaq olar.Hələ bilmək olmaz,çox pul xərcləməklə qızların diqqətini və məhəbbətini qazana biləcəksinizmi?



Həqiqətən də çox qızlar üçün fərqi yoxdur.Onlar heç təsəvvür etmirlər ki,oğlanlar görüş üçün lazım olan pula görə bu qədər həyəcan,narahatlıq keçirib,hətta borca girirlər.Əgər bilsələr heç görüşə razılıq verməzlər.


Tarix: 17.05.2013 / 18:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 112 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri