beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Selülitin var?

Selülit bir çox qadını həyata küsdürən səbəblərdən biridir. Ayağınızı ayağınızın üstünə ata bilmirsiniz, onları gizlətmək üçün müxtəlif çarələr axtarırsınız? Keçək selülitin səbəblərinə...

Qadınların ümumi problemi hormonlardır. Selülit problemində də hormonların təsiri böyükdür. Selülit estrogen qrupu hormonu olan follikul hormonunun artması nəticəsində meydana gələn tibbi xəstəlikdir. Estrogen hormonu yağ hüceyrələrində yığılan çoxlu miqdarda yağ ilə qarışaraq onların genişlənməsinə səbəb olur. Beləliklə, qan dövranı nizamsızlaşır, toxumalara daha az oksigen gedir. Dəri səthi elastikliyini itirir. Nəticə isə göz qabağındadır - selülit!

Təbii ki, selülit bir gecədə meydana gələn xəstəlik deyil.

Səbəblər müxtəlifdir: genetik meyl, yaş, kökəlməyə meyillilik, hamiləlik, idman etməmək, estrogen hormonunun pozuntusu və s.

Selülitdən qorunmaq üçün hər gün idman etmək və gündə minimum 1,5 litr su içmək lazımdır. Selülit olan yerləri əlinizlə masaj edin. Mümkün olduqca qidalanmada duzun miqdarını minimuma endirin.


Tarix: 14.05.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 99 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri