beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O, səndən ayrılmaq istəyir...

Münasibətlərin bitməsini kişilər necə bildirir?
Heç kim ani və gözlənilməyən bir ayrılıqla qarşılaşmır. Xüsusilə də kişilər münasibətlərini bitirmək istəyirlərsə, onlarda mənasız bir gərginlik olur və bunu sizə bir çox rəftarlarla bəlli edirlər. Bu rəftarların nələr olduğunu bilirsinizsə, münasibətlərinizi dayandıra, ya da kişi dostunuzun işini asanlaşdıra bilərsiniz. Bəs kişi dostunuz sizdən ayrılmaq istəyirsə bunu necə anlayacaqsınız? Bunun üçün məsləhətlərimizi dinləməyiniz kifayətdir.
Sizinlə maraqlanmırsa
Yeməyə çıxanda siz bir şeylər danışırsınız, lakin o ya ətrafına baxır, ya da telefonuyla oynayır. Bu artıq sizi dinləmək istəmədiyi mənasına gəlir. Sevgiliniz ehtimal ki, həmin vaxt sizdən necə ayrılacağını düşünür.
Siz ona maraq göstərdikcə o sizdən daha çox qaçmaq istəyəcək. Siz isə “nə olub?, mənimlə niyə maraqlanmırsan” dedikcə o “heç” deyərək cavab verirsə, artıq qaçmaq istəyir deməkdir.
Əyləncə anlayışını itiribsə
Keçmişdə hər dediyinizə gülür və etdiyiniz zarafatlar onun çox xoşuna gəlirdi. Amma indi siz bir zarafat etdiyinizdə əvvəlki kimi zarafatlarınıza gülmürsə, hər zaman dediyiniz lətifələr artıq ona sıxıcı gəlirsə, komik vaxtlarda fərqli və ani reaksiya verirsə münasibətinizin bitmə zamanı yaxınlaşır deməkdir.
Fikir ayrılıqlarına düşürsünüzsə
Münasibətinizin əvvəlində verdiyiniz qərarlar mütləq ortaq olub və ya bir-birinizin sözlərinə hörmət göstərirdiniz. Amma artıq ayrı fikirlər ortaya qoyduqda nəticə əldə etmək mümkün olmur və dalaşmağa başlayırsınızsa, qaçılmaz sonluğa yaxınlaşırsınız.
Əhatəsindən təsirlənirsə
Hər cütlük əlaqələrinin ilk mərhələsində gözlərini və qulaqlarını dünyaya bağlayır. Münasibətləri və ya partnyorları haqqında nə qədər çox fikir deyilərsə deyilsin eşitməzlikdən gəlirlər. Əgər bir kişi münasibətini bitirməyi planlayırsa, artıq əhatəsindəki insanların fikirlərinə diqqət etməyə başlayır. Xüsusilə də ən yaxın dostlarının fikirləri daha çox əhəmiyyət qazanır.
Artıq dalaşmırsınız
Dava etməyi hər nə qədər sevməsək də o münasibətin ən maraqlı anıdır. Ümumilikdə davalar da qısqanclıqlar, yalanlar, geyim tərzi və yaxın dostlar üzündən olur. Əgər kişi dostunuz artıq etdiyiniz heç bir şeyə əsəbləşmirsə, bu artıq sizdən imtina etmək istədiyi anlamına gəlir.
Subay dostlarına diqqət göstərirsə
Ağlında davamlı olaraq subay oğlan dostları ilə bir yerlərə getmək planı varsa, onların həyatına diqqət göstərirsə və onları qibtə ilə izləyirsə, keçmiş həyatı üçün darıxıb deməkdir. Kişilər azadlıqlarına düşgün olduqları üçün ciddi bir münasibət onlara ağır gəlir. Əgər bu münasibətin məsuliyyəti altında əzilirlərsə qaçmağa meyl edəcəklər.
Fərqli xobbilər tapıbsa
Partnyorunuzun həyatı boyunca heç maraq göstərmədiyi xobbiylə birdən-birə maraqlanması da bir ayrılıq nişanəsidir. Psixoloji olaraq çıxılmaz vəziyyətdə olan insanlar həyatlarına rəng qatmaq üçün fərqli məşğuliyyətlərlə maraqlanırlar. Ehtimal ki, kişi dostunuz özünü yeni bir münasibətə hazırlayır. Yeni partnyorunun xoşladığı musiqiləri dinləməyə və ya yeni partnyorunun xoşladığı idmanları etməyə başlaya bilər. Fərqli axtarışlar tapan bir kişi artıq onun üçün var olan münasibətdən bezib. Bu vəziyyətə görə münasibətinizə hər an bir son verə bilər.


Tarix: 12.05.2013 / 17:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 239 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri