beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəzi qadınlar vardır...

Bəzi qadınlar vardır.

Baxdığınızda qaşından gözündən başqa şeylər görərsiniz üzündə. Seksuallıqlarını çəkmişlər gözlərinə qələm deyə. Başqadır baxışları. Hətta bütün halları. Dişilik deyil daha başqa bir haldır sanki. Seksuallıq iy verərlər. Paltar deyil seksuallıqlarını geymiş sanarsınız üstlərinə. Açıq və ya bağlı geyinməklə əlaqəsi yoxdur bunun. Toxuna bilməsinizsə belə baxışlarınız çatar bədənlərinə. Gəzişər rahatlıqla gizli künclərində. Bəzi qadınlar tam seksuallıq verər sizə.



Bəzi qadınlar vardır.

Yoldan keçərkən satşar gözlərin. Dizinə yatıb ruhunuzu əllərinə buraxasınız gəlir. Bədəninin istiliyində əriyər gedərsiniz. Dincdirlər döyüşməzlər dünya ilə. Gözlərinin içində bir qadının min bir halını görərsiniz. Kişi olmanın min bir halını da sizə yaşadarlar. İstidir şəfqətlidir bağışlayıcı dişidir. Nə geysələr geyimləri seksuallıq deyil üzərlərindəki. Qadın olaraq vardırlar cinsəllikləri yalnız kişilərinə xüsusidir sizə bağlıdır görə bilməzsiniz. Çimərlikdə bikinili belə olsalar ''bağlı'' qadınlardır onlar. Siz çata bilməzsiniz özləri gəlmədikcə. Bəzi qadınlar ''qadındır.



Bəzi qadınlar vardır.

.Acıdır. toxunduğu yeri. Ərinin sahib olduqlarına əhəmiyyət verər yalnız. Ondan aldıqlarına baxar kişinin özü heç əhəmiyyətli deyil. Bir şey verə bilməyəcək vəziyyətə gəldiyində ona kürəyini dönməsi asan olar bu səbəblə. Həyatı paylaşmasını bilməz bəzi qadınlar. Mal paylaşmasını həyatı paylaşmaq sanarlar çünki.



Bəzi qadınlar vardır yenə.

Həyatın yükünü daşıyar. Üzündəki hər xətt ayrı bir kədəri izah edər. Bilməz başqa müxtəlifini. Həyatyoldaşıdır anadır qadındır bəziləri üçün. Özü üçün böyük bir ''sıfır'' olduğunu dərd sahibi olunca görər o qadınlar.



Bəzi qadınlar vardır.

Üzünə baxınca gördüyünüz yalnız filan şirkətdir. Oxumuş təhsilli karier sahibi amma kişisiz qadınlardır. Baxışlarında görərsiniz bir kişiyə təslim olmayacaqlarını. Həyatlarında bir uşağın qəhqəhəsi olmayacaq heç bir zaman. İçlərindəki qadının ümidsiz üsyanını da görərsiniz o baxışlarda.


Tarix: 11.05.2013 / 13:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 146 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri