beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sosial işçinin dinlədiyi həyat hekayəsi

“Qapının arxadan bağlandığını eşidəndə, içimdə iki cür həyəcan keçirtdim. Həm zorlanacağımın, həm də...”


Bir qadınla işləyirdim. 6 il idi əri dünyasını dəyişmişdi. 2-ci sinifdə oxuyan bir qızı var idi. Atası tərəfindən əziyyət edildiyinə və döyüldüyünə görə dənizkənarı qəsəbələrin birində ona layihənin büdcəsi hesabına kirayə ev tutmuşdum. Qadın təhlükəsizlik hissindən hər tərəfli məhrum idi. Bir sözlə, qadının özünə inamı çox aşağı idi. Bu müddət ərzində ara-sıra bir oğlanın onun dalınca düşdüyü barədə mənə danışırdı. Mən də hər dəfəsində diqqətli olmağı tövsiyə edir, lazım olarsa, polisə xəbərdarlıq etməyini tapşırırdım. Bir gün mənə zəng vurdu ki, “Cavid müəllim, qadınlıq problemləri ilə bağlı xəstəxanaya gəlmişəm. Xahiş edirəm mənə bəzi dərmanların alınmasında köməklik göstərəsiniz”. Həmən gün onun arxasınca xəstəxanaya getdim. Dərmanların bir qismini xəstəxana rəhbərliyinin vasitəsi ilə əldə edilməsinə nail oldum. Yerdə qalan hissəni isə təşkilatın büdcəsi hesabına aldım və anaya təhvil verdim.

Bir ay sonra o işədiyim ofisə gəldi. Söhbətin gedişində mən səhhətinin necəliyi və bu xəstəliyin mənşəyinin nə olmasını üstüörtülü soruşdum və cavabında eşitdim: «Yadınızdadır, sizə deyirdim yaşadığım ərazidə bir oğlan mənim dalımca düşür və tanış olmaq, evlənmək təklifləri edir?! O bir gün yenə dalımca gəldi və dedi ki, „anamla danışmışam, səninlə evlənmək qərarına gəlmişəm, gedək onunla tanış ol“. Razılaşdım və onunla evlərinə getdik. Sən demə, biz tamam başqa bir „yerə“ getmişdik. Qapının arxadan bağlandığını eşidəndə, içimdə iki cür həyəcan keçirdim. Həm zorlanacağımın, həm də nəhayət 6 ildən sonra bir kişi ilə intim münasibətin həyəcanını. Həmin gün məni çox iyrənc bir şəkildə zorladı. Üstündən bir müddət keçdi. Hamilə qaldım. Abort etdirdim. Sonra məlum oldu ki, uşağın yarısı bətnimdə qalıb və qanımı zəhərləyib. Gecə ilə təcili yardım maşında xəstəxanaya gətirildim. Və səhəri gün sizə yardım üçün zəng vurdum».

Bu hadisəni onun dilindən eşidəndə, mən də bir həyəcan keçirdim. O həyəcanın adını bu gün də fikirləşirəm, amma tapa bilmirəm.


Tarix: 03.12.2014 / 14:02 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Maraqli Hekayeler