beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir fincan qəhvə ilə həyat dərsi

Məşhur bir universitetin gözəl karyera əldə etmiş bir qrup məzunu öz qoca professorlarını ziyarət etməyə gəlirlər. Söhbət zamanı növbə iş mövzusuna da gəlib çatır. Məzunlar öz professorlarına saysız çətinliklərindən və həyat problemlərindən gileylənirlər.
Professor öz qonaqlarına qəhvə içməyi təklif edərək mətbəxə gedir. Bir müddət sonra qoca professor əlində müxtəlif fincanlardan ibarət qəhvə dəsti ilə otağa daxil olur. Bu fincanların hər biri ayrılıqda çini, şüşə, plastik və xrustaldan idilər və bəziləri baha, bəziləri isə ucuz qiymətə idi.
Məzunlar fincanları götürdükdən sonra professor dedi:
— Fikir verin ki, siz ancaq gözəl və baha olan fincanları götürmüsünüz, sadə və ucuz olanlar isə yerdə qalıb. Bu sizin üçün normaldır – özünüz üçün ən yaxşısını seçməyə çalışırsınız və bu da sizin bütün problem və stresslərinizin əsas mənbəyidir. Anlamağa çalışın ki, fincan özlüyündə qəhvəni daha dadlı etmir. O sadəcə material olaraq bahadır və bəzən bizim içəcəyimiz şeyləri də gizlədir. Əslində sizin istədiyiniz sadəcə qəhvə idi, fincan deyil. Lakin siz özünüzdən asılı olmayaraq ən yaxşı və gözəl fincanları seçdiniz və eyni zamanda digərlərinin də hansı fincanları götürdüyünə də fikir verdiniz.
İndi isə düşünün: həyat – bu qəhvədir. İş, pul, vəzifə, cəmiyyət isə fincandır. Bütün bunların hamısı həyatı təşkil etmək üçün yalnızca vasitələrdir. Sahib olduğumuz fincan bizim həyatımızın keyfiyyətini nə müəyyən etmir, nə də dəyişdirmir. Bəzən, yalnızca fincana fikrimizi yönəldərək qəhvənin dadından həzz almağı unuduruq.
Daha çox xoşbəxt olan insanlar ən gözəl şeylərə sahib olanlar deyil, əksinə sahib olduqlarından ən gözəl şəkildə istifadə etməyi bacaranlardır!


Tarix: 03.12.2014 / 14:02 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Maraqli Hekayeler