beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qodiva

Əfsanələrə görə, gözəl Qodiva qraf Leofrikin xanımı idi. Qraflığın bütün sakinlər vergilərin çox olmasında əziyyət çəkirdilər və qrafın xanımı Qodiva dəfələrlə öz həyat yoldaşından vergiləri azaltmasını xahiş edirdi. Bir gün bayramlar zamanı qraf hədsiz dərəcədə çox içir və içkili vəziyyətdə bu sözləri işlədir: "Əgər yoldaşım Qodiva qraflığın küçələrini atın belində çılpaq şəkildə keçsə, onda mən bütün vergiləri azaldacağam".

Qraf öz-özlüyündə düşünürdü ki, xanımı heç zaman bunu edə bilməz və vergilər azaldılmayacaq, amma Qodiva bu addımı atır. Şəhərin sakinləri Qodivanın xeyrxahlığına görə ona qarşı böyük sevgi və rəğbət bəsləyirdilər. Həmin gün xanım Qodiva küçələri atın üzərində keçməyə başlayanda sakinlər bütün pəncərə və qapıları bağladı. Həmin gün heç kəs öz evindən çölə çıxmadı.


Tarix: 03.12.2014 / 14:02 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Maraqli Hekayeler