Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyatınız seçdiyiniz qadındır!

Harun Rəşid döyüşdə əsir aldığı düşmən Generala :
-Həyatını bağışlayaram, amma bir şərtim var, deyir.Bir sualıma cavab tapmalısan. «Qadınlar həyatda ən çox nə istər?» — budur bilmək istədiyim. Bu sualın cavabını gətir, qurtar kəlləni.- deyir.
General bu çətin sualın cavabını axtarmağa başlayır və dağda yaşayan bir cadugərin bunu bildiyini öyrənir. Günlərlə cadugərin evinə yol gedir və nəhayət onu tapıb bu sualın cavabını soruşur:
-Qadınlar həyatda ən çox nə istər?
Qorxunc cadugər cavab üçün elə bir şərt qoyur ki, General tərəddüd içində qalır…
-Evlən mənimlə!!! O zaman öyrənərsən ancaq nə istədiyini…
General bu ölümcül təklifi qəbul edir və doğru cavabı alar-almaz qaçır Harun Rəşidə və sualın cavabını deyir:
-Qadınlar ən çox öz azad iradələriylə hərəkət etmək istər!
Harun Rəşid Generalın həyatını bağışlayır, ancaq qadına da evlənmək üçün söz vermişdir General. Nəysə evlənirlər.
İlk gecə General görür ki, o qorxunc cadugər dünyalar gözəli bir qadına çevrilmişdir qaranlıq otaqda. Cadugər danışmağa başlayır:
— Mənim taleyim belədir… Günün yalnız yarısı gözəl ola bilərəm, digər yarısı çirkin oluram. Seçim et. Gecələri səninlə olarkənmi gözəl olum, yoxsa gündüzləri sən çöldə olarkənmi?
General düşünür və :
— Sən bilərsən, qərarı özün ver- deyir. Və o an qorxunc cadugər sonsuza qədər gözəl bir qadın olaraq qalır.

Yaxşı, bu əhvalatdan çıxarılacaq 3 dərs nədir?

1. Qadınlar ən çox öz azad iradələriylə hərəkət etmək istəyərlər.
2. Azad iradəsiyle hərəkət edən bir qadın hər vaxt gözəldir.
3. İstər gözəl olsun, istər çirkin olsun hər qadın əslində bir cadugərdir.

Həyatınız seçdiyiniz qadındır. Zövqlü bir qadına rast gəlsəniz zövqünüz, məlumatlı bir qadına rast gəlsəniz məlumatınız, ağıllı bir qadına rast gəlsəniz zəkanız inkişaf edər. İmanlı bir qadına rast gəlsəniz imanınız, şəfqətli bir qadına rast gəlsəniz vicdanınız inkişaf edər. Anlayışlı bir qadına rast gəlsəniz xoşbəxt, eqoist bir qadına rast gəlsəniz filosof olarsınız.
Həyat qat-qatdır. Babilin Asma Bağçaları kimi laylar halında yüksələr, bir mərtəbədən digər mərtəbəyə sizi yanınızdakı qadın aparar. Və bu gün olduğunuz mərtəbə, seyr etdiyiniz mənzərə, gördüyünüz həyat yanınızdakı qadının olduğu yerdir.
Həyatınız seçdiyiniz qadındır!


Tarix: 03.12.2014 / 13:31 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Maraqli Hekayeler
loading...