beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gələcəyini bilirdim

Müharibənin ən qızğın günlərindən biriydi. Əsgər bir az qabaqda cəbhə dostunun qanlar içində yerə yıxıldığını gördü.Bir saniyə belə səngərdən çıxmağın mümkün olmadığı, güllələrin yağış kimi yağdığı bir zamanda özünü səngərdən çölə atmaq istərkən, dostu onun çiynindən tutub geri çəkdi.
— Dəli olmusan? Getməyə dəyərmi? Baxsana, dəlik-deşik olub. Ölüb. Artıq onun üçün heç nə etmək olmaz. Boş yerə öz həyatını da təhlükəyə atma.
Fəqət, əsgər, yoldaşını dinləmədi. Tez səngərdən çölə atılıb, güllə yağışı altında özünü dostuna çatdırdı. Onu çiyninə alıb, geri döndü. Birlikdə səngərin işərisinə yuvarlandılar. Amma, cəsur əsgər yaralı dostunu qurtara bilmədi. Səngərdə qalan dostu dedi:
— Sənə dedim ki, getməyə dəyməz. Özünü də hədər yerə təhlükəyə atdın.
— Dəydi — gözləri dolan əsgər dedi — dəydi...
— Necə dəydi? Bu adam ölüb, görmürsən?
— Yenə də dəydi...onun yanına çatanda hələ sağ idi. Onun son sözlərini eşitmək mənim üçün dünyalara dəyərdi.
Və hıçqıraraq həlak olmuş dostunun son sözlərini dedi: — Gələcəyini bilirdim...gələcəyini bilirdim.


Tarix: 03.12.2014 / 13:28 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Maraqli Hekayeler