beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Verə bilərsənmi?!

Yaşlı bir şəxs çayın kənarında gəzərkən qiymətli bir daş tapmışdı.Səhəri gün o, bir səyyahla qarşılaşdı. Səyyah çox ac idi. Qocadan yemək üçün bir şey istədi. Qoca ona yemək vermək üçün çantasını açanda səyyah qiymətli daşı gördü. Mütləq o daşa sahib olmaq istəyirdi. Qocadan o daşı ona verməyi xahiş etdi. Qoca ona diqqətlə baxdı və heç bir tərəddüdsüz daşı götürüb səyyaha verdi.

qiymətli daş

Nəhayət, səyyahın bəxti üzünə gülmüşdü. Bunları düşünə-düşünə qocadan ayrıldı. Sevincindən qanadlanıb göylərə belə uça bilərdi. Qocanın bu hərəkətini unuda bilməyən səyyah uzun müddət bu haqqda düşündü. Bir neçə gün keçməmişdi ki, yenə həmin yerə qayıtdı.Və qocanı taparaq daşı ona qaytardı. Səyyah qocaya: “Mənə verdiyin daşın nə qədər qiymətli olduğunu bilirəm”, - dedi, - “ancaq səndə bu daşdan daha qiymətli bir şey var. Bu daşı sənin gözündə adiləşdirən şey. Onu mənə verə bilərsənmi?!..


Tarix: 01.12.2014 / 14:43 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Maraqli Hekayeler