beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

heç kesi qinamayin

Yaşlı
kişi öz 25 yaşlı oğlu ilə qatarın
vaqonuna daxil olub yerlərini
tutdular. Oğlan pəncərə tərəfdə
əyləşmişdi.Qatar tərpənən kimi o, hava axınını hiss etmək üçün əlini
pəncərədə bayıra çıxardı və birdən
heyrətlə qışqırdı: - Ata, görürsənmi,
bütün ağaclar geriyə gedir! Yaşlı
kişi cavabında gülümsədi. Cavan
oğlanın yanında evli cütlük əyləşmişdi. Onlara 25 yaşlı oğlanın
özünü uşaq kimi aparması
təəccüblü gəlmişdi. Oğlan qəfildən
yenə də heyranlıqla qışqırdı: - Ata,
gölə bax, heyvanlara bax! Buludlar
bizimlə birgə hərəkət edir! Cütlük oğlanın qəribə hərəkətlərini
utanaraq müşahidə edirdi, atası isə
oğlunun davranışında heç bir
qəribəlik görmürdü. Yağış yağmağa
başladı, damcılar oğlanın əllərinə
düşdü. O, yenə də sevinclə gözlərini yumub qışqırdı: - Ata,
yağış yağır! Görürsənmi, ata?
Bayaqdan oğlanın hərəkətlərini
izləyən cütlük kişidən soruşdu: -
Siz niyə oğlunuzu hansısa bir
klinikaya aparmırsınız? Kişi cavab verdi: - Biz elə klinikadan gəlirik.
Bu gün mənim oğlumun ömründə
ilk dəfə gözləri görməyə başlayıb.
Başqa insanların işləri və
hərəkətləri haqqında tam məlumatı
olmadan onları qınamaq olmaz. Hər şeyi yalnız ALLAH bilir. Ona
görə də - "Qınamayın ki,
qınananlardan olmayasınız!"


Tarix: 17.06.2014 / 02:49 Müəllif: _XeYaL_DuNYaM_ Baxılıb: 336 Bölmə: Maraqli Hekayeler