beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Onlardan sənə dost olmaz!

Bir çox müsəlman qardaşlar 'xəvaric fikirli' olanlar ilə əlaqələri Allah rizası üçün kəsdiklərinə baxmayaraq, bəzi qardaşlar 'onlar da bizim qardaşımızdır, onların da doğru söylədikləri vardır' - deyərək onlarla oturub-durur və dostluq edirlər.
Ümid edirəm bu kiçik risalə həmin qardaşlar üçün faydalı olar.

• Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur:
- Kişi öz dostunun dinindədir. Buna görə də kiminlə dostluq etdiyinizə baxın.
[Albani, əs-Sahihul Cəmi, 3539]

• Suleyman (aleyhissələm) buyurur:
- Siz bir kəs haqqında hökm vermək üçün onun dostuna baxın. İnsan yalnız özü kimisi ilə dostluq edər. Sizlər də saleh insanlarla dostluq edin ki, həm onlarla birlikdə, həm də onlar kimi olasız.

• İbn Abbas (radıyAllahu anhu) buyurur:
- Bidət əhli ilə oturub-durma. Çünki onlarla oturub-durmaq qəlbləri xəstə edər.

• İbn Məsud (radıyAllahu anhu) buyurur:
- İnsanlara dostlarına görə qiymət verin. Kişi həm özü kimisi ilə, həm də sevdiyi ilə gəzər.

• İmam Əvzəi (rahiməhullah) buyurur:
- Hər kim bizdən bidətini gizlədərsə, onun dostluğu bizdən gizli qalmaz.

• İmam Əyyubu (rahiməhullah) bir ölünü yumaq üçün çağırırlar. İmam Əyyub onun üzünü açdıqda, onu tanıyır və buyurur:
- Mən sizin yoldaşınızı yumaram. Çünki onu bidət əhli ilə gəzən görmüşəm.

• İbn Aun (rahiməhullah) buyurur:
- Bidət əhli ilə yoldaşlıq edən, bizim üçün bidət əhlindən də pisdir.

• Fudeyl ibn İyad (rahiməhullah) buyurur:
- Gördüyüm bütün xeyirli insanlar sünnəyə bağlı olanlar idi və bidət sahiblərindən uzaq qalmağı əmr edərdilər.

• Sufyən əs-Səuri (rahiməhullah) Bəsrəyə gəldikdə, əhalidən Rabib ibnus-Subeyhin haqqında soruşur. Onlar deyirlər:
- Əhli Sünnədi.
Sufyən əs-Səuri onun dostu haqda soruşduqda isə deyirlər:
- O Qədəridir.
Sufyən əs-Səuri (rahiməhullah) buyurur:
- Xeyr, o da Qədəridir. 'Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın.' (Ali İmran, 118)

• Əbu Davud (rahiməhullah) buyurur:
- İmam Əhməddən soruşdum ki, filankəs Əhli Sünnədir, lakin bidət əhli olan biri ilə gəzir. Onunla danışmağı tərk edimmi?
İmam Əhməd dedi:
- Ona nəsihət et ki, sənin dostluq etdiyin bidət əhlidir. Əgər ondan ayrılsa, nə gözəl... Ayrılmasa o zaman onu da həmin bidət əhlinə qat!

• Fudeyl ibn İyad (rahiməhullah) buyurur:
- Bidət əhlinin yanında oturma. Bidət sahibi olan kimsənin yanında oturan kəsin qəlbini uca Allah kor edər.

• İbn Teymiyyə (rahiməhullah) buyurur:
- Əgər bir insan bidət əhlinə qarşı yaxşı zəndə olarsa, ona bu məsələ izah olunmalıdır. Əgər onlardan ayrılmazsa onlara qoşular və onlardan sayılar.

• Həmməd ibn Zeyd (rahiməhullah) buyurur:
- Yunus mənə dedi ki, mən kimisə bir xoşagəlməz hal üzrə görsəm də, onun xeyrindən ümid üzmürəm, hətta o bidət əhli ilə dostluq edənə qədər. Əgər onu bidət əhli ilə görürəmsə, artıq bilirəm ki, o həlak oldu.

• Salih əl-Fəuzan (rahiməhullah) buyurur:
- Təkfir məsələsi çox təhlükəlidir. Ona görə də, elmsiz, bəsirətsiz müsəlmanları və onların rəhbərlərini təkfir edən, müsəlmanların qanlarını, mallarını halal hsab edən, bu azğın firqə ilə oturub-durmaq, dostluq etmək insana yaraşmaz.
Biz belələrindən uzaq olmalı, onların sözlərini dinləməməli, onlara arxa çevirməli, onlarla yoldaşlıq etməməliyik.


Tarix: 10.04.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 222 Bölmə: Maraqlı melumatlar