beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ticarətə başlayın!

Nə düşünürsən? Çoxlu xeyirlər əldə etməyi. Ticarət edib uğur qazanmağı. Bəs niyə ticarətə başlamırsan? Allah təala buyurur: "- Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? (O qazanc yolu budur: ) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" ( Səff surəsi, 10, 11).

Allah təala Allaha iman etməyi, peyğəmbərə iman etməyi ticarət kimi bizə xəbər verir. Allaha iman etməyə tələsin. Bunun üçün elm öyrənmək lazımdır. Ancaq elm öyrənmədən də iman edə bilərsiniz. Allahın yaratdıqlarına baxıb Allaha iman edərsiniz. Gördüyünüz hər şey Allahın ayələridir. Yəni gördüklərinizə baxıb Allahı düşünürsünüz. Allaha iman edirisniz. Sonra peyğəmbərlərə və imanın digər əsaslarını öyrənib iman edirisniz. Sonra öyrəndiklərinizlə əməl edib ticarət fəaliyyətinə başlayırısnız. Allahla ticarətə girmək daha böyük işdir və nəticəsi və qarşılığı daha böyükdür. Bunu düşünməyə başlayın. Bu ayə haqqında gələn rəvayətlərdə deyilir ki, bəzi səhabələr belə dedilər: "Ey Allahın Rəsulu! Allah qatında ticarətlərin hansının daha sevimli olduğunu bilib o ticarətlə məşğul olmaq istəyirik. Bundan sonra bu ayə nazil oldu: ""- Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? (O qazanc yolu budur: ) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" ( Səff surəsi, 10, 11)".
Qatadə bu ayənin təfsiirndə deyir: "Əgər Allah insanlara can yandırıcı bir əzabdan necə qurtaracaqlarını açıqlamasaydı bəzi insanlar onu bilmək üçün özlərini tələf edərdilər və bunu öyrənməyə çalışardılar. Amma uca Allah bunu bizə xəbər verdi və bizi qurtaracaq olan o alış verişin, Allah və sonra Rəsuluna iman etmək, Allah yolunda mallarınızla, canlarınızla cihad etmək olduğunu bəyan etdi. Bunu bizə bəyan edən uca Allaha həmd olsun. Cihad etmək təkcə döyüş vaxtı nəzərdə tutulmur. Nəfsini haramlardan, günahlardan qorumaq, Allahın əmrlərini yerinə yetirməık, haramlarıı tərk etmək, ibadətləri yerinə yetirmək də cihad hesab olunur. Ən böyük cihad isə nəfsinlə cihad etməkdir. Allah təla bu xeyirli ticarətə daxil olub, nəticədə böyük qazanc əldə etməyi bizə nəsib etsin. Amin!

Əkrəm Həsənov...


Tarix: 08.04.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 144 Bölmə: Maraqlı melumatlar