beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaret çəkmək dəstəmazı pozurmu?

Sual- Müxtəlif çeşidli tütün satanın islamda hökmü nədir? Mən siqaret çəkirəm və azanı eşidəndə məscidə gedirəm. Dəstəmazı təkrarlamalıyam, yoxsa sadəcə ağzımı yaxalamaq kifayət edir? Bilirəm ki, siqaret müxtəlif xəstəliklərə səbəb olur.

Cavab-
Həmd Allaha məxsusdur.
Siqaret onda olan çox zərərli xüsusiyyətləri və bir çox ziyanlı təsirlərindən dolayıı haramdır. Bunu edən kəs fasiq (itaətdən çıxan müsəlman) hesab edilir. Siqaret çəkdikdən sonra dəstəmazı təzələmək lazım deyil, lakin ağzınızdan gələn pis qoxunu onu aparan bir şey ilə təmizləyin. Həmçinin bu əməldən Allaha tövbə etməyə tələsmək sizə vacibdir.

Fətəvə əl-Ləcnə əd-Dəimə, 13/57



Elmi və Fətva araşdırma mərkəzi


Tarix: 06.04.2013 / 14:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Maraqlı melumatlar