beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinlər epilepsiyaya səbəb ola bilər mi?

Sual: Madam ki, epilepsiyanın səbəbi cinlərdir, elə isə peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gələrək onun üçün Allahdan epilepsiya xəstəliyindən şəfa tapmasını və başının açılmamasını istəyən qarabəniz qadının əhvalatını necə izah verə bilərsiniz? Halbuki orada cinin onu (qadını) təsiri altına alması zikr edilməmişdir. Bəlkə ola bilsin ki, (oxuduğum) təcümədə nə isə bir səhv var və bu əslində epilepsiya olmamışdır?

Cavab:

Həmd Allaha məxsusdur.

Əksər hallarda epilepsiyanın səbəbi cinlərdir və bəzi hallarda isə bədən, beyin və yaxud sinir sistemində pozuntular və yaxud insanın halının dəyişməsindən və ya fiziki quruluşundakı bəzi dəyişikliklərdən dolayı yaranır. Bütün bunlar, insanın hüşünu itirməsinə və yaxud nizamsız davranışlar nümayiş etdirməsi ilə nəticələnə bilər. Qarabəniz qadının epilepsiyası ola bilsin ki, cinlər səbəbi ilə olmuşdur. Lakin səbəbi nə olursa olsun onu zikr etməyə ehtiyac olmamışdır. Ona görə də, rəvayətlərdə sadəcə epilepsiya olduğu zaman, dua etməklə və rüqya (Qurandan müəyyən ayələr və səhih hədislərdə varid olan dualar ) oxumaqla və yaxud buna səbrlə sinə gərmək və Allahdan mükafatını ummaqla onun necə müalicə edilməsi barəsində qeyd olunur.

Şeyx Abdulkərim əl-Xudeyr

Qarabəniz qadın barəsində hədis Səhih əl-Buxari (5652) və Səhih Müslim (2576) əsərlərində rəvayət olunmuşdur. Hədisin bəzi versiyalarında işarə olunur ki, onun epilepsiyasının səbəbi cindən dolayı olmuşdur. Məsələn, əl-Bəzzarın rəvayət etdiyi hədisin versiyasında qadın deyir: “Mən qorxuram ki, xəbislər (şeytanlar) mənim açılmama səbəb olsunlar”. Əl-Hafiz İbn Həcər (Allah ona rəhmət etsin) demişdir: “Hədisin bəzi müxtəlif versiyalarından başa düşmək olar ki, Ümmi Zəfərin əziyyət çəkməsi beyinin funksiyasının pozulması səbəbi ilə deyil, cinlər tərəfindən səbəb olan epilepsiya növüdür”.

Fəth əl-Bari, hədis ? 5652


Tarix: 06.04.2013 / 13:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Maraqlı melumatlar