beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alındakı səcdə nişanəsi saleh insan olmağa dəlildirmi?

Sual: Səcdə etməkdən dolayı alında meydana gələn izin salehlik əlaməti olmasına dair hər hansı bir dəlil varmı?

Cavab: Bu salehlik əlaməti deyildir. Daha doğrusu, insanın üzündəki nur, köksündəki sükunət, gözəl əxlaq, davranış və buna bənzər şeylər saleh olmağın əlamətləridir. Səcdədən meydana gələn nişana, izə gəldikdə bu hətta sadəcə fərz namazları qılan insanların alnında da əmələ gəlir. Çünki, ola bilsin ki dəriləri həssasdır. Hətta tez-tez namaz qılan və səcdələrini uzadan bəzi insanların alnında bu cür izlər əmələ gəlmir.

Fətəvə İsləmiyyə, cild 8, səh.330, DARUSSALAM


Tarix: 05.04.2013 / 19:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 70 Bölmə: Maraqlı melumatlar