beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl-Rəhman surəsinin 33-cü ayəsinin mənası nədir?

Sual: Əssalamu aleykum.
Qardaş, 55-ci surə 33-cü ayənin təfsirini mənə tərcümə etmək üçün sizin köməyinizə ehtiyacım var (Çünki ərəb dilini bilmirəm).
“Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!)”

Cəzaka Allahu xeyr.

Cavab: Həmd Allaha məxsusdur.

Ər-Rəhman surəsinin 33-cü ayəsinin mənaca tərcüməsi. Allah təala buyurur: “Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!


Allah tərəfindən bütün qullara olan bu meydan oxuma qiyamət günü bütün məxluqlar, cinlər, insanların toplaşdığı və səmaların parçalanacağı bir gündə olacaqdır. Mələklər bütün səmadan nazil olacaq, aşağı enəcəklər və həşr olunanları əhatə edəcəklər. Allah təala toplanmış insanlara ”əgər bacarırsınızsa, gücünüz çatırsa xilas olun” deyə meydan oxuyacaqdır. Onlar axı necə xilas ola bilərlər ki! Halbuki bunu etmək üçün onların nə gücü, nə də qüdrəti var. Mələklər onları geriyə oturdacaqlar, mühasirəyə alacaq və hər tərəfdən onları əhatə edəcəklər.

Bu ayənin təfsirində İbn Kəsir (Allah ona rəhmət etsin) demişdir:
“Mənası odur ki, yəni siz Allahın qüdrəti və əmrindən, qədərindən qaça bilmərsiniz, O sizi hər tərəfdən sizi əhatə etmişdir, Onun hökmündən, qüdrətindən xilas ola bilməzsiniz və yaxud Onun sizin barədə hökmündən harada olsanız qaça bilməzsiniz. Bu qiyamət günü sizin hər tərəfdən yeddi cərgə mələklər tərəfindən əhatəyə alınacağınız bir gündə olacaqdır. “Qüdrət, güc olmadan” heç kəs sərhədləri keçə bilməz, yəni Allah tərəfindən “əmr” olmadan bunu edə bilməzsiniz.

Qiyamət surəsinin 10-11 cu ayəsində deyilir:

10-Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir.

11 - Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!”


Tarix: 05.04.2013 / 19:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 202 Bölmə: Maraqlı melumatlar