beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zinadan doğulan uşaq cənnətə daxil olacaqmı?

: Zina nəticəsində doğulan uşaq Allaha itaət edərsə cənnətə daxil olacaqmı? Yoxsa valideynlərinin günahına görə o cəhənnəm oduna məhkum olacaqmı? Həmçinin zinadan doğulan uşağın nə kimi haqqları var?

Cavab:

Zinadan dünyaya gələn uşaq nə ittiham olunur, nə də anasının və anası ilə bu haram əməli edənin günahına görə məsuliyyət daşımır. Onlar bu günaha görə cavab verəcəklər və Allah təalanın bu ayəsinə görə uşaq baş verənlərə görə cavabdehlik daşımır:

“Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir.” (Əl-Bəqərə 2:286)


Allah təala həmçinin buyurur:

“Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz”. (17:15)

Belə ki, onun aqibəti, sonu-cəhənnəm odunda və yaxud cənnətdə olması Allaha itaətindən, saleh əməllər işləməsindən və islam dini üzərində Müsəlman kimi ölməsindən asılıdır. Bu halda, o cənnətə daxil olacaqdır. Bununla belə, o Allaha asilik edərsə və küfr üzərində kafir olaraq ölərsə o zaman onun son yeri cəhənnəm odu olacaqdır. Lakin onda həm xeyir, həm də şərr əməllərin hər ikisi varsa, o zaman onun aqibəti Allahın istəyi altındadır, Allah istərsə onu cəzalandırar, istərsə də onu bağışlayar, əfv edər və onun son yeri Allahın sonsuz lütfü və mərhəməti sayəsində cənnət olar. Zinadan doğulan uşağın cənnətə daxil olmayacağından bəhs edən hədisə gəldikdə isə, bu hədis uydurma hədisdir. (Şeyx Albani, Allah ona rəhmət etsin hədis barəsində buyurmuşdur: “Bu hədis uydurmadır, daha doğrusu əsli yoxdur”. “Silsilətul Əhədis Daifa ? 4857)

Zinadan doğulan (vələdüzzina) uşağı haqqlarına gəldikdə, anası müsəlmandırsa onun haqqları digər müsəlman uşaqların haqqları kimidir. Anası müsəlman olduğundan, uşağına görə məsuliyyət daşıyır və uşağının haqqlarını yerinə yetirməlidir. Çünki bu vəziyyətdə uşaq anasına tabedir. Anası ilə zina edən deyil, anası, sonra ondan miras alacaq olan qohumları, ümumiyyətlə isə Müsəlman cəmiyyəti uşağa görə cavabdehlik daşıyır (Uşağın onların üzərində haqqı var). Bunun səbəbi odur ki, islama görə o (anası ilə zina edən) uşağın halal atası sayılmır və tövfiq Allahdandır. Allahın salamı və salavatı Rəsulu Muhəmmədə sallallahu aleyhi və səlləmin üzərinə olsun.

Fətəvə əl-Ləcnə əd-Dəimə, cild 20, səh.395-396


Tarix: 04.04.2013 / 21:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 228 Bölmə: Maraqlı melumatlar