beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qiyamət-yer üzündə yalnız şərli insanlar qaldığı zaman qopacaqdır

Sual: Tez-tez eşidirik ki, islam dini yer üzündə hakim olmayınca qiyamət qopmayacaqdır. Bununla belə, onu da eşidirk ki, “Lə iləhə illəllah (Allahdan başqa ibadətə layiq haqq Məbud yoxdur)” söyləyən bir kəs qalmadığı zaman qiyamət qopacaqdır. Bu iki ifadəni necə cəm edə bilərik?

Cavab: Hər iki ifadə doğrudur. Səhih yolla rəvayət olunmuşdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir ki, Məryəm oğlu İsa yerə nazil olub dəccalı və donuzu öldürməyincə, xaçı sındırmayınca qiyamət qopmayacaqdır. Onun dövründə mal-dövlət bol olacaqdır. O cizyənin hökmünü qaldıracaqdır və insanlardan yalnız İslam dinini qəbul edəcəkdir. Allah təala onun dövründə islamdan başqa bütün dinləri aradan qaldıracaqdır. Səcdə yalnız Allaha ediləcəkdir. Bu açıq-aydın dəlalət edir ki, İsanın (Ona Allahın salamı olsun) dövründə islam dini yer üzündə hakim olacaqdır, bundan başqa bir əqidə, etiqad olmayacaqdır.
Həmçinin səhih yolla rəvayət olunmuşdur ki, qiyamət yalnız şərli insanların yaşadığı (sağ qaldığı) bir dövrdə baş verəcəkdir. Allah Sübhənu və Təala İsanın (Ona Allahın salamı olsun) vəfatından və günəş qərbdən doğduqdan sonra xoş bir meh göndərəcəkdir. Bu meh hər bir mömin kişi və qadının ruhunu alacaqdır. Bundan sonra yer üzündə yalnız şərli insanlar qalacaqdır ki, qiyamət də məhz onların başında çatlayacaqdır.


Tarix: 04.04.2013 / 21:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Maraqlı melumatlar