beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azandan sonra edilən duanı saytda tapmadım.Xahiş edirəm yazasınız

sual-
Eselemu eleykum Yasar qardas necesiniz insallah yaxsisiniz . Size muraciyetim odur
ki , men dualar bolumune baxdim ,ancaq azan esidende hansi duani demeyi tapa
bilmedim sizden xayisim odur ki, azan esidende ne etmek lazimdir ve hansi duani
oxumaq lazimdir . Birde size sualim odur ki , xoruz banlayanda allahin feziletine
siginmaq lazimdir bu ne demekdir ? Evvelceden cox sagolun Allah Amaninda .

cavab-
va aleykum salam.
Azandan sonra edilən dualar bunlardır.

(1- )Müəzzinin dedikləri təkrarlanır, yalnız:
(( حَيَّ علىَ الصَّلاهِ ))
«Hayyə alə-s-salət» (Namaza tələsin) və
(( حَيَّ على الفلاحِ ))
«Hayyə alə-l-fələh» (Xilas olmaq və nicat tapmaq üçün tələsin) dedikdə
(( لاَ حَوْلَ وَلا قُوَّةَ إلاَّ باللهِ ))
«Lə haulə va lə quvvatə illə bi-l-ləh» (Qüvvət ancaq Uca olan Allaha məxsusdur) demək lazımdır)

(2)- Müəzzin şəhadəti oxuduqdan sonra belə deyirsən:
(( وَأَنَا أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ، رَضِيتُ بِاللهِ رَبًّا، وَبِمُحَمَّدٍ رَسُولاً، وَبِاْلإِسْلاَمِ دِينًا ))
«Va ənə əşhədu ən lə iləhə illə-l-lah vahdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu, radıtu bi-l-ləhi rabbən, va bimuham¬mədin rasulən, va bi-l-isləmi dinən»

(Mən də şəhadət edirəm ki, Allahan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O təkdir, şərik¬sizdir. Məhəmməd onun qulu və elçisidir. Rəbb olaraq Allahı, elçi olaraq Məhəmmədi və din olaraq İslamı qəbul etdim)

(3)- Müəzzin azan sözlərini bitirdikdən sonra Peyğəmbərə (s.a.v.) salavat deyilməlidir

(4)- ( اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ ، وَالصَّلاَةِ الْقَائِمَةِ ، آتِ مُحَمَّدًا الْوَسِيلَةَ وَالْفَضِيلَةَ ، وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدْتَهُ [ إِنَّكَ لاَ تُخْلِفُ الْمِيعَادَ )
«Allahummə rabbə həzihi-d-dəvəti-t-təmmə, va-s-saləti-l-qaimə əti Muhəmmədən əl-vasılətə va-l-fadılətə, vabashu məqamən məhmudan əlləzi vaadtəhu»

(Ey bu kamil dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Məhəmmədə vəsilə dərəcəsinə və fəzilətini bəxş et, və onu vəd etdiyin tərifəlayiq məqama yüksəlt [Şübhəsiz ki, Sən vədini dəyişmirsən]

(5)-«Azan və iqamə arasında özü üçün dua edir, çünki bu zaman edilən dua rədd edilməz».

(1) əl-Buxari, 1/152; Müslim, 1/288.
(2) İbn Xüzeymə, 1/220.
(3) Müslim, 1/290.
(4) əl-Buxari, 1/152. Mötərizədəki sözlər əl-Beyhəqqinin çox yaxşı isnadlı əlavəsidir, 1/410. Bax: Şeyx Əbdüləziz ibn Baz. «Tühfət əl-əxyar», səh. 38.
(5) ət-Tirmizi, Əbu Davud və Əhməd. Bax: «İrva əl-ğəlil», 1/262.


Tarix: 04.04.2013 / 21:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 279 Bölmə: Maraqlı melumatlar