beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qardaşım əsəbləşir, atam-anam ilə danışmır və onlarla yola getmir

Sual: Mənim bir qardaşım var. O bizə əsəbləşdikdə ümumiyyətlə heç kəslə, hətta öz valideynləri ilə belə danışmır. Atam-anam ilə güclü mübahisələr edir, çünki fikirləşir ki, onların gördükləri işlərin əksəriyyəti yanlışdır. Valideynlərim onunla barışmaq üçün söz açdıqda onlara cavab vermir. Bilmirəm ki, onun öhdəsindən necə gələk. Bu uzun müddətdir ki, davam edir, lakin əvvəllər uzun-uzadı söhbətlərdən sonra valideynləri ilə barışmağa razı olurdu. Ancaq bu dəfə o qəti olaraq barışmaq istəmir. Onun barəsində biz nə edək? Artıq ona qarşı səbrimiz tükənib və mən onun böyük qardaşıyam.

Cavab: Həmdü-sənalar Allaha məxsusdur.

Birincisi: Həqiqətən də, valideynlərin haqqları əzəmətli, böyük haqqdır. Allah Azzə və Cəllə Qurani Kərimin birdən çox ayələrində Öz haqqlarını valideynlərin haqqları ilə yan-yana zikr edir. Məsələn, Allah Azzə və Cəllənin bu ayəsi:

“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin!”. (ən-Nisa 4:36)

“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur”. (əl-İsra 17:23)

“Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!”. (Loğman 31:14)

Bu mənada çoxsaylı ayələr var. Bu ayələr dəlalət edir ki, valideynlərimizə yaxşılıq etmək, hörmət göstərmək, ehsan etmək, onlar ilə gözəl rəftar etmək və ana bətninə düşəndən validyenlərin böyüyüb başa çatıb öz qayğısına sərbəst şəkildə qalana kimi valideynlərin ona göstərdiyi şəfqət, qayğı hisslərinə görə onlara təşəkkür etmək, şükr etmək bizlərin boynunda olan bir yükdür, bunu etmək bizlərə fərzdir. Valideynlərə yaxşılıq etmək ehtiyacı olduqlarında onlara pul xərcləmək, məruf (yaxşı, xeyir) və münasib işlərdə onları eşidib itaət etmək, onların yanında təvazükarlıq qanadlarımızı endirmək, onların üzərinə səsimizi yüksəltməmək və onlara gözəl sözlərlə və nəzakətlə, yumşaq üslubda xitab etmək kimi yüksək əxlaqi əməllərdən ibarətdir. Allah Azzə və Cəllə bu barədə Bəni İsrail surəsində buyurur:
Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de. (əl-İsra 17:23-24)

Səhiheyndə (Buxari və Müslim nəzərdə tutulur) rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən hansı əməlin ən fəzilətli olduğu barədə soruşdular. O dedi: “Vaxtında qılınan namaz”. Soruşdular: “Sonra hansı?” O dedi: “Valideynlərə yaxşılıq etmək”. Yenə soruşdular: “Sonra hansı”. O dedi: “Allah yolunda cihad”.
Həmçinin Rəsulullah, ona Allahın salavatı və salamı olsun, demişdir: “Allahın razılığı atanın razılığına görə, Allahın qəzəbi isə atanın qəzəbinə görədir”. (Tirmizi, (1821); İbn Hibban və əl-Hakim, Abdullah ibn Amr əl-Aas (Allah ondan razı qalsın) hədisində bu hədisi səhih olaraq təsnif etmişdirlər)

Təbəraninin rəvayət etdiyi hədisin ləfzində (tərc. - versiyasında) “atanın razılığına” kəliməsi əvəzinə “valideynlərin razılığı” kəliməsi zikr olunur. Valideynlərə yaxşılıq etmək və onlarla gözəl rəftar etməyin fərz olduğunu bildirən həddən çox hədis var.
Valideynlərə yaxşılıq etməməyin ziddi onlara asi olmaq, onların üzünə ağ olmaqdır. Bu əməl böyük günahların ən böyüyündən sayılır. Çünki Səhiheyndə Peyğəmbər sallallahu aleyhi və səlləm belə söylədiyi sabit olmuşdur: “Sizə böyük günahların ən böyüyündən xəbər verimmi?” – bunu üç dəfə təkrar etdi və biz dedik: “Bəli, Ey Allahın Rəsulu”. O dedi: “Başqalarını Allaha ibadətdə Ona şərik qoşmaq və valideynlərə asi olmaq”. Bu zaman o dirsəklənərək uzanmışdı, lakin ayağa qalxdı və dedi: “Və yalan söz və yalan şahidlik”. Buxari, (2654); Müslim, (126)

Həmçinin, Səhiheyndə Abdullah ibn Amr ibn əl-Aas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Böyük günahlardan biri insanın öz validyenlərini söyməsidir”. Soruşdular: “Ey Allahın Rəsulu, insan da öz valideynlərini söyər?” O dedi: “Bəli, bir kəs digərinin atasını söyür, o da onun atasını söyür və yaxud biri digərinin anasını söyür, o da öz növbəsində onun anasını söyür”. Buxari, (5973); Müslim, (130)

Göründüyü kimi Peyğəmbər sallallahu aleyhi və səlləm valideynlərinin təhqir olunmasına, söyülməsinə səbəbi onları təhqir etmək, söyməkdən hesab etmişdir. Ona görə də hər bir müsəlman kişi və qadın valideynlərinə yaxşılıq etmək məsələsinə xüsusi diqqət yetirməli və onlarla gözəl rəftar etməlidir. Əlalxüsus da, valideynlər yaşa dolduqda və yaxud gözəl rəftara, qayğı göstərilməyə, yaxşlıq etməyə və qulluğa ehtiyacları olduqda bu daha da ön plana çıxır. Müsəlman bir kəs onlara asilik etmək və ya söz və yaxud əməl ilə onlara pis davranmaq kimi əməllərdən çəkinməli, həzər etməli, ehtiyatlı olmalıdır.

Yuxarıda yazılanlar Şeyx Abduləziz ibn Bəəzin kəlamlarından götürülmüşdür. Allah ona rəhmət etsin. Fətvalar Toplusu, 8-ci cild 306,-307-ci səhifələr.

Qardaşınıza Allah barədə xatırladın və ona Allahın cəzasından qorxmağı tövsiyə edin; valideynlərə qarşı çıxmaq barədə ona Quran ayələrini göstərin və islam dinində valideynlərə yaxşılıq etməyin uca məqamını ona anladın ki, ona qarşı hüccət qalxsın və siz də Allah qarşısında olan borcunuzu vermiş olasınız. O dərk etməlidir ki, validyenlərə qarşı bu cür iyrənc rəftarına görə o günah qazanır və Allah təalanın qadağa etdiyi əməlləri işləyir. Lakin bununla belə, onun hidayət olunması, doğru yola gələcəyindən ümidinizi kəsməyin və qardaşınızla validyenlərinizin arasını islah etmək üçün cəhdlərinizə davam edin, bundan əl çəkməyin. Lakin bunu edə bilməsəniz, o zaman bilmiş olun ki, Allah təala heç bir nəfsi götürəcəyindən çox yükləmir.

Qardaşınıza nəsihət etmək üçün çalışın müxtəlif üsullar tapasınız. Bəzən ona təsiredici bir lent yazısı verin qulaq assın, bəzən isə bu mövzuda ona faydalı bir kitab verin oxusun. Həmçinin onun yadına salın ki, Allah onu öz uşaqları ilə imtahana çəkərək cəzalandıra bilər. Çünki onun indi valideynlərinə qarşı etdiyi bu əməlləri öz övladları da gələcəkdə ona edə bilərlər və s.

Bu məsələnin həllinə dair digər üsul onun bu cür davranışının səbəblərini öyrənmək və sonra isə bunları həll etməyə çalışmaqdır. Məlumdur ki, valideynlərinə qarşı çıxanların bir çoxlarına təsir edən psixoloji problemlər var. Məsələn, evliliyin gecikməsi və yaxud uşaqların asi, itaətsiz olmalarına səbəb olan bəzi münkər şeylərin evdə mövcud olması və s.

Daha doğrusunu Allah bilir.


Tarix: 03.04.2013 / 22:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 409 Bölmə: Maraqlı melumatlar