beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adəmin övladları necə evlənmişdir?

Sual. Mən, Allaha həmd olsun ki, imanıma şəkk etmirəm. Lakin mənim zehnimə gələn bəzi şeylər var. Adəm və Həvvanın övladları olduqda vacib oldu ki, onlar bir-biriləri ilə evlənsinlər. Məgər qardaşların bacılarla evlənməsi Quranda haram deyilmi?Bəs o necə baş verdi?.

Cavab.

Madam ki, sənin qəlbin imanla sabitdir, inşallah qəlbinə gələn o vəsvəsələr sənə zərər verməz. Çünkü mömin insanın ağlına şübhə və ya bəzi şəriət məsələləri arasındakı ziddiyət gəldikdə düzgünlüklə inanır ki , onu bilməsə də və ona hidayət olunmasada bu şübhələrin cavabı və bu ziddiyətlərin də həlli vardır. Lakin insan gərək qəlbini bu şübhələr üçün toplantı yeri etməsin və ya faydalı elmi tərk edərək dərdini bu problemləri axtarmaq etməsin. Həmçinin də müsəlman şəriətdə açıq-aydın olan məsələləri bilməlidir ki, onun əsasında dəqiq mənası olmayanları bilsin.
Amma sənin soruşduğun məsələyə gəldikdə məlumdur ki, şəriətlərin fərqli olması iləhökümlər də fərqlənir, bununla yanaşı üsul və etiqad hamısında dəyişməz olaraq qalır.

Heykəl düzəltmək Süleymanın şəriətində icazəli olduğu halda bizim şəriətimizdə
haramdır. Salam səcdəsi (salam-səcdə edilərək verilirdi) Yusifin şəriətində icazəli olduğu halda bizim şəriətimizdə haram edilib. Döyüşlərdə götürülən qənimətlər bizdən əvvəlkilərə haram olduğu halda Amma bizə isə halaldır. Bizdən başqa ümmətlərin qibləsi Beytul Məqdis olduğu haldabizim qibləimiz Kəbədir. Adəmin (ona Allahın salamı olsun) şəriətində ondan sonrakı şəriətlərdən fərqli olaraq qardaşın bacı ilə evlənməsi vardı. Aşağıda Əl-Hafiz bin Kəsirdən bu məsələnin izahı verilmişdir:

İbn Kəsir (Allah ona rəmət etsin) deyir ki, zəruri hal üçün Allah təala Adəmə qızlarını oğlanları ilə evləndirməyə icazə verdi. Lakin deyirlər kiHər bir bətnində oğlan və qız doğulurdu. Bir bətndəki qız o biri bətnindəkı oğlanla evləndirilirdi. Əs Sadiyy,Əbu Məlikdən o Əbu Salihdən, o ibn Abbasdan, o Marratan, o ibn Məsuddan, o da Peyğəmbərin səhabələrindən rəvayət edir ki, Adəmin övladı doğulanda mütləq qız da doğulurdu. Bu bətnindən doğulan oğlan başqa bətnindən doğulan qızla və bu bətnindən doğulan qızda başqa bətnindən doğulan oğlanla evləndirilirdi.

İbn Kəsirin “Təfsir”i, Maidə surəsi, 27-ci ayə.

Allahdan diləyimiz budur ki, bizi və sizləri imana, faydalı elmə müvəffəq etsin.

Allahın salamı və salavatı Peyğəmbərimizin üzərinə olsun.


Tarix: 03.04.2013 / 21:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 217 Bölmə: Maraqlı melumatlar