beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fitnələrə qarşı münasibət necə olmalıdır?

Sual: Eşitdiyimə görə müsəlman fitnə zamanı ilə rastlaşdığında riayət edəcəyi müəyyən bir davranış var ki, ona riayət etməlidir. Fitnəyə qarşı münasibət necə olmalıdır?

Cavab:

Həmd Allaha məxsusdur

Fitnələrə qarşı müsəlmanın qəbul edəcəyi müəyyən bir davranış vardır. Belə ki, bundan məqsəd odur ki, fitnənin nə ona, nə də müsəlman ümmətinə mənfi təsiri olmasın.

Bu davranışa aşağıdakılar daxildir:

1. Təmkinli olmaq,yumşaqlıq, mətanət və tələsməmək
Fitnə və hadisələrin dəyişdiyi zaman təmkinli olmaq, yumşaqlıq, mətanət tərifəlayiq xüsusiyyətlərdir. Çünki bunlar müsəlmana əşyaların həqiqətini görməyə və nə baş verdiyini başa düşməyə imkan verir.

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

“Əlbəttə, yumşaqlıq (hansı) bir şeydə olsa, onu gözəlləşdirər. Və nədən getsə, onu alçaldar” Müslim, 4698

Həmçinin Rəsulullah sallallahu aleyhi və səllləm Əşəc bin Abdul Qeysə demişdir:

“Şübhəsiz səndə iki xüsusiyyət var ki, Allah və Rəsulu onları sevir. Yumşaqlıq və tələsməməkdir.” Müslim, 24

Ona görə də fikirlərimizdə və davranışlarmızda, baş verən bütün hadisələr zamanı yumşaq olmalı, tələsməməliyik, çünki bu müsəlman ümmətinin mənhəccindən (metodologiyasından) deyil, xüsusilə də fitnə zamanlarında.

2. Səbr

Xüsusilə də fitnə zamanlarında çoxlu səbr etməyə ehtiyac var. Allah təala buyurur:

“Bizi sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.

O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər.

Onlara öz Rəbbi tərəfin-dən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.” (əl-Bəqərə 2:155-157)

Əbu Sələbə əl-Xuşani radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Irəlidə səbr edəcəyiniz günlər gələcəkdir. Həmin günlərdə sünnəyə sarılan bir insan sizdən əlli insan savabını qazanır. "Ey Rəsulallah, onlardan əlli insan deyilmi?» dedilər. O da: "Əksinə, sizlərdən əlli insan savabını qazanır- buyurdu”.

Əbu Davud, 4341; Şeyx Albani “əl-Sahihə, 494” əsərində hədisi səhih olaraq təsnif etmişdir.

Səbr vasitəsilə, əzimli, qətiyyətli, əmin olanlar ilə qorxaq, zəif olanlar arasında olan fərq meydana çıxır. Ona görə də, saleh sələflərimiz fitnə və hadisələrin inkişafı zamanı səbirli olmağın əhəmiyyətini dərk edirdilər. Aşağıda onların həyatlarından bəzi nümunələr verilmişdir:

Məkkədə, islamın başlanğıcında səhabələr (Allah onlardan razı olsun) təqib olunduqları və əzab çəkdiklərində Peyğəmbər sallallahu aleyhi və səlləm onların yanından keçirdi və onlara səbirli olmağı xatırladırdı. Rəsulullah sallallahu aleyhi və səlləm Yasir ailəsinin yanından keçərkən deyirdi: “Səbr, ey Yasir ailəsi, çünki sizə cənnət vəd edilmişdir”. Şeyx Albani “Təxric Fiqh əl-Sira, səh. 103” əsərində hədisi səhih olaraq təsnif etmişdir.

Rəvayət olunur ki, Zubeyr ibn Adiy demişdir: “Biz Ənəs ibn Malikin yanında gəldik və Həccacın əlindən çəkdiklərimiz barədə ona şikayət etdik. O dedi: “Səbirli olun, çünki elə bir zaman yoxdur ki, ondan sonra gələn özündən əvvəlkindən daha şərli olmasın, ta ki Rəbbinizə qovuşana qədər. Mən bunu sizin Peyğməbərinizdən sallallahu aleyhi və səlləm eşitdim”. Buxari 7068

Mustavrid əl-Qureşi, Amr ibn Asa demişdir: “Mən Allah Rəsulunun sallallahu aleyhi və səlləm belə dediyini eşitdim: “Rumlular say baxımından ən çox olduqlarında Qiyamət qopacaqdır”. Amr dedi: “Nə söylədiyinə fikir ver!”. O dedi: “Mən Allah Rəsulundan sallallahu aleyhi və səlləm eşitdiyimi söyləyirəm”. O dedi: “Sən bunu söyləyirsənsə, bu həqiqətdir, çünki onlarda dörd keyfiyyət var.

• Onlar fitnə zamanlarında insanların ən səbirli olanlarıdır.

• Onlar müsibətlərdən sonra tez qalxanlardır (düzələnlərdir).

• Məğlubiyyətdən sonra onlar tez islah olub yenidən hücum edənlərdir.

• Onlar miskinlərə, yetimlərə və zəiflərə qarşı xeyirli olanlardır.

Və onlarda olan beşinci yaxşı keyfiyyət odur ki, onlar məliklərin zülmünün qarşısını alırlar.” Müslim, 2889

Numan ibn Bəşir demişdir: “Bu dünyada fitnə və bəlalardan başqa bir şey qalmazsa, o zaman fitnələri səbirlə qarşıla”.

Əhli Sünnə vəl Camaatın imamı Əhməd ibn Hənbəl, Mu`min, sonra Mötəsim, sonra Vasiqin hakimiyyəti dövründə Quranın məxluq olduğunu söyləyənlərin hər tərəfi bürüdüyü fitnəsi ilə qarşılaşdığı, uzun müddətli həbslərə və şiddətli döyülmələrə məruz qaldığı zaman o buna səbirlə dözdü və dinindən, doğru yoldan möhkəm tutdu, ta ki Allah ona qələbə verdi və onu həmin sıxıntıdan xilas etdi.

3. Hər bir işdə adil və insaflı olmaq

İnsanlar arasında ixtilafın ən güclü səbəblərindən biri, xüsusilə də fitnə zamanlarında, adillik və insafın olmamasıdır. Müsəlmanlar özlərinə və digər insanlara qarşı ədalətli olmağa çalışarlarsa, o zaman müsəlmanlar arasında baş qaldıran problemlərin bir çoxu, fərqi yoxdur istər fərdi, istərsə də ictimai olsun, inşallah həll olunacaqdır.

Allah təala buyurur:

“Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun”. (əl-Ənam 6:152)

“Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır”. (əl-Maidə 5:8)

Ona görə də, sözlərimizdə və əməllərimizdə, xüsusilə də fitnə zamanlarında, ədalətli olmağımız vacibdir. Yəni hər bir məsələni araşdırmalı və onun yaxşı, pis cəhətlərini qeyd etməli, onları ədalət tərazisinə qoymalı və sonra hökm verməliyik. Çünki məsələləri ətraflı şəkildə araşdırmaq Allahın əmrlərinə müvafiq olmayan məsələləri şəriətə nisbət etməkdən müsəlmanları qoruyacaqdır. Beləcə, siizn ədalətiniz və insafınız fitnə zamanı sizi inşallah xilas edəcəkdir.

Şeyx Muhəmməd ibn Salih əl-Üseymin (Allah ona rəhmət etsin) demişdir:

“Sizlərə, ey qardaşlarım, hər bir məsələdə adil olmağı, müvazinəti saxlamağı, bununla əlaqədar daha doğru hökmü araşdırıb tapmaq və bütün məsələlərdə eyni qayda ilə hökm verməyi nəsihət edirəm. Bu mühüm bir qaydadır. Ağıl sahibi bir kəsin Allahla, insanlar ilə əlaqəsində ədaləti ayaqda tutması üçün buna riayət etməsi lazımdır. Çünki Allah ədalətli olanları sevər”.

Aşağıda sələfli salehlərin həyatından insaflı olmaq və ədalət mövzusunda necə həris olmaları barədə bəzi nümunələr verilmişdir:

Müslim (1828) rəvayət edir ki, Abdurrəhman ibn Şimasə demişdir: “Aişənin yanına gəldim və ondan bir məsələ barəsində soruşdum və o dedi: “Sən hardansan? Mən dedim: “Misirdənəm”. O dedi: “ Sizin bu döyüşünüzdə başçınızın sizə qarşı münasibəti necə olmuşdur? Mən dedim: “Bizə ondan pis bir şey gəlmədi. Bizim insanlardan birinin dəvəsi öldüyündə o ona başqa bir dəvə verirdi. Bizlərdən biri köləsini itirdiyində o ona başqa bir kölə verirdi. Kiminsə zəruri şeylərə (nəfəqəyə) ehtiyacı olduğu zaman o onları azuqə ilə təmin edirdi.” O dedi: Qardaşım, Muhəmməd ibn Əbu Bəkrə qarşı davranışı Allah Rəsulundan sallallahu aleyhi və sələm eşitdiklərimi sənə söyləməyə mənə mane olmur. O sallallahu aleyhi və səlləm mənim bu evimdə demişdir: “Ey Allahım, hər kim ümmətimin hər hansı işlərini görmək üçün (bu vəzifəyə) təyin olunarsa və onlarla yumşaq davranarsa Sən də onunla yumşaq davran. Hər kim mənim ümətimin hər hansı işlərini görmək üçün (bu vəzifəyə) təyin olunarsa və onlara qarşı sərt davranarsa Sən də onunla sərt davran”.

Nəvəvi bu hədisin şərhində demişdir:

“Bu dəlalət edir ki, yaxşı insanların fəzilətləri zikr olunmalıdır və ədavət və s. səbəblər buna mane olmalı deyil. Onlar Muhəmmədin öldürülməsi barədə ixtilaf etmişdirlər. Deyilənə görə o döyüşdə öldürülmüşdü və həmçinin döyüşdən sonra əsir olduğu zaman öldürülmüşdü söylənilmişdir...

Buradakı hakim Muaviyə ibn Hudeyc idi, Muhəmməd ibn Əbu Bəkri öldürmüşdü. Əl-Siyar, 3/38


Tarix: 02.04.2013 / 20:01 Müəllif: *Beyaz_Gul* Baxılıb: 415 Bölmə: Maraqlı melumatlar