beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mirzə Cavad Məliki-Təbrizi

Mirzə Cavad Mirzə Şəfi oğlu Məliki-Təbrizi (?-1922) — İslam alimi, müctəhid.Mündəricat
1 Həyatı
1.1 Qumda tədris və nəfs təzkiyəsi
1.2 Mirzə Cavad Məlikinin vəfatı
1.3 Mirzə Cavad Mələkinin (r) əxlaq tələbələri
2 Əsərlərindən bəziləri
2.1 Mirzə Cavad Məlikinin proqramları
3 İstinadlar
4 Həmçinin bax
5 Xarici keçidlər


Həyatı

Hicri on üçüncü əsrin günəşi batmaq üzrə idi. Təbriz şəhəri İlahi bir lütf ilə sevincə boğuldu. Hacı Mirzə Şəfinin evi dünyaya gələn bir uşağın nuru ilə aydınlandı. Uşağın atası bu nemətin şükrü olaraq ziyafət süfrələri açdı və şəhər xalqına ehsan etdi. Cavad uşaqlığını şəfqətli ana və ata qucağında keçirirdi. Ana və atasından aldığı ədəb və əxlaqı ilə ustadlarının qarşısında diz çökərək sərf, nəhv, məntiq, məani və müqəddimə dərslərini Təbrizdə uğurla bitirdi. Daxilindəki hidayət işığı onu mövlası Əlinin (ə) diyarı müqəddəs Nəcəf şəhərinə götürdü. Miskin, həqir və səmimi bir mürid kimi mövlası İmam Əlinin (ə) türbəsinə gedərək mövlasından təhsil və nəfs təzkiəsi üçün yardım istədi. Cavadın duası qəbul olmuşdu. Daxilindəki hidayət işığı onu Mühəqqiq Mirzə Hüseyn Nuri (r), Ayətullah Ağa Rza Həmədani, Axund Molla Məhəmməd Kazım Xorasani və Axund Molla Hüseynqulu Həmədani (r) kimi zəmanənin böyük mühəddislərinin dərslərinə yönləndirdi. O böyük zatlardan istifadə etdi. Mirzə Cavad Məliki (r) uzun və bərəkətli bir hicrət və ayrılıqdan sonra hicri 1270-ci ildə doğum yeri olan Təbriz şəhərinə geri qayıtdı. Mənəviyyat və cazibəsi ilə elm aşiqlərini ətrafına toplayaraq elmi ilə onları doyuzdurmağa başladı. Xalq güvənlə ətrafına toplaşırdı. Əfsuslar olsun ki, bu hüzur dolu səmimi çevrə çox sürmədi. Bu illərdə ruslar Təbrizi işğal edərək xalqın hicrət etməsinə səbəb oldu. Bu böyük şəxsiyyət çıxmış bu qarışıqlıq səbəbindən Tehrana gedərək ilk əvvəl Hz. Əbdüləzimi ziyarət etdi, sonra da müqəddəs Quma gedərək oranı ikinci vətən qərar verdi.

Qumda tədris və nəfs təzkiyəsi

Mirzə Cavad Məliki (r) hicri 1329-cu ildə müqəddəs Qum şəhərinə getdi. O zamanlarda Qum kəndi az əhali ilə ölkənin ən məhrum yaşayış yerlərindən biri di. O vaxtlar hələ Qum Elmlər Hövzəsi qurulmamışdı. Bu böyük arifin ora gəlişi ilə xalqın istəyi ilə qısa bir zamanda dərs toplantıları başladıldı. Özəl və ümumi olaraq fiqh, əxlaq və ürfan dərslərini başlatdı. Sahib olduğu elmi dərinliyi və əxlaqi xüsusiyyətləri ilə qısa bir zamanda elm aşiqlərini bu şəhərə toplamağı bacardı. Camaat namazlarına İmam Xomeyni və Ayətullah Bəhauddin (r) kimi şəxsiyyətlər də qoşulurdu. Mirzə Cavad Məlikinin ürfani və mənəviyyat dolu evi məzlum və müsibət görmüş xalqın şəfa yurdu oldu. Əhli-Beytin (ə) matəm və doğum günləri münasibəti ilə təşkil olunan toplantılarda danışıqları (moizələri) ilə yaralı ürəklərə şəfa paylayırdı.

Mirzə Cavad Məlikinin vəfatı

Zilhiccənin 11-i hicri 1343-cü ildə təmiz və pak ruhunu haqqa təslim etdi. Bu böyük əxlaq ustadının tələbələrindən olan Ayətullah Hüseyn Fatimi belə nəql edir: "Bir Qurban bayramı səhəri Cəmkəran məscidindən evə qayıtdım. Evə çatdığımda ustadın məni axtardığını söylədilər. Ustadın xəstə olduğunu bildiyim üçün vaxt itirmədən təcili yanına getdim. Ustad birini gözlər kimi gözəl libaslarını geymiş və yatağına oturmuşdu. Zöhr namazının vaxtı gəlib çatdı. Ustad yatağında azan və iqaməni oxudu. Namaz təkbiri üçün əllərini qaldırdı. Əlləri titrəməyə başladı. Allahu Əkbər təkbirini gətirərək Allahın rəhmətinə qovuşdu." Yaxınları və dostları təmiz bədənini təşyi edərək Şeyxlər məzarlığında torpağa tapşırdılar.

Mirzə Cavad Mələkinin (r) əxlaq tələbələri

Mirzə Cavad Məlikinin (r) dərsləri insanların ruhunu dindirən, qaranlıqları aydınladan hidayət nuru idi. Əxlaq dərsləri ilə çoxlu sayda dəyərli tələbələr yetişdirdi. Hər tələbəsi öz zamanında cəmiyyətə istiqamətlənmiş islahatlat etmişdir. Mirzə Cavad Məlikinin tələbələrindən bəziləri:
1. İmam Xomeyni
2. Hüseyn Fatimi Qummi
3. Axund Molla Əli Həmədani
4. Şeyx Abbas Tehrani
5. Seyyid Mahmud Müdərrisi
6. Seyyid Mahmud Yəzdi
7. Mahmud Müctəhidi
8. Şeyx İsmayıl b. Hüseyn
9. Mirzə Abdullah Şalci

Böyük arif Mirzə Cavad Məliki (r) müxtəlif mövzularda dəyərli əsərlər qələmə alaraq özündən sonrakı nəsillərə yadigar buraxdı.

Əsərlərindən bəziləri
1. "Əsrarus-Səlat"
2. "Əl-Müraqibət"
3. "Risaleyi Liqaullah"
4. Qayətul-Qəsva" əsərinə haşiyə
5. "Mənasikul-Həcc"

Mirzə Cavad Məlikinin proqramları

Dəsturul-Əməl: Əxlaq ustadlarının nəfs təzkiyəsi və əxlaqi sifətlərə bürünmə mövzusunda tələbələrinə təqdim etdiyi proqramlara deyilir. Mərhum Mirzə Cavad Məliki (r) özündən sonra insani kamala və böyük mənəvi dəyərlərə çatdıracaq bir dəstə əxlaqi dwsturlar proqramı buraxıb. Onlardan bəziləri: Nəfsi tanımaq: İslah və tərbiyə üçün gözəl bir yoldur. Bu əmr içində ağıl aləminə varmaq gərəkdir. İnsan bu aləmə çatmadan və bu aləmdən ötəki aləmə keçmədən nəfsini tanıya bilməz. Bu mərifətə çatmaq üçün mərhum Molla Hüseynqulu Həmədani belə deyir: "İnsan yemək, içmək və istirahətdən bir az qısaltmalıdır. Heyvani duyğularını azaldıb ruhani duyğularını çoxaltmalıdır." Yemək yeməyin miqdarı haqqında da belə deyir: "Gündə iki dəfə yeməli, hər dəfə də doyana qədər yeməməlidir. Çoxlu ət yeməkdən çəkinməli və gündəlik yuxusunu da altı saata endirməlidir. Dilinə sahib olmalı və qəflət əhli olmaqdan qaçmalıdır (uzaqlaşmalıdır)."


Tarix: 24.02.2013 / 17:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 401 Bölmə: Maraqlı melumatlar