beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmtahanlar...
İmtahanlar...

Nə ilə imtahan olunuruq?

Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir. (Ali-İmran, 186)

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. (Bəqərə, 155)

Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır. (Ənfəl, 28)

Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir. (Kəhf, 46)

Meracda sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır. (İsra, 60)

Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün xələfləri təyin edən, birinizi digərinizin fövqünə dərəcə-dərəcə qaldıran Odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir. (Ənam, 165)

Yoxsa elə hesab edirsiniz ki, Allah sizlərdən cihad edənləri, Allahdan, Onun Elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları sınamadan siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır. (Tövbə, 16)

İpliyini möhkəm əyirdikdən sonra onu açıb sökən qadın kimi olmayın. Bir camaat digər bir camaatdan sayca və malca daha çox olduğu üçün andlarınızı aranızda hiylə vasitəsinə çevirirsiniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə mütləq bildirəcəkdir. (Nəhl, 92)

Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: «Allahın köməyi nə vaxt gələcək?»– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır. (Bəqərə, 214)

İmtahan olunmaqımızın səbəbi

Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək. (Kəhf, 7)

Səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Biz onları sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr. (Ənam, 42)

Onları (Musa və yetmiş kişini) zəlzələ yaxaladıqda o dedi: «Ey Rəbbim! … . Bu, yalnız Sənin sınağındır. Sən onunla istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən. … (Əraf, 155)

Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız. (Yunus, 14)

Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün xələfləri təyin edən, birinizi digərinizin fövqünə dərəcə-dərəcə qaldıran Odur. … . (Ənam, 165)

Ey iman gətirənlər! Allah sizi əllərinizin və nizələrinizin çata biləcəyi bir ovla imtahan edəcək ki, Allah, gizlində (yaxud Onun Özünü görmədən) kimin Ondan qorxduğunu üzə çıxarsın. Bundan sonra həddi aşan kimsə üçün isə ağrılı-acılı bir əzab hazırlanmışdır. (Məidə, 94)

Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir. (Ali-İmran, 140)

Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq ki, onlar desinlər: «Məgər Allah bizim aramızdan ancaq bunlara lütf göstərmişdir?» Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi? (Ənam, 53)

Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. (Məidə, 48)

Keçmişdəki imtahanlar

Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: «Allahın köməyi nə vaxt gələcək?»– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır. (Bəqərə, 214)

Onlardan (yəhudilərdən) dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü üçün qoyulmuş qadağanı pozurdular. Şənbə günü onların balıqları üzə çıxaraq onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdilər. Günah etdiklərinə görə Biz onları beləcə sınayırdıq. (Əraf, 163)


Tarix: 10.06.2015 / 16:42 Müəllif: Aziza Baxılıb: 409 Bölmə: Maraqlı melumatlar