beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yarəbbi, gümanım yox

Aldı əlimdən səbri qərarı qeyrilər
Məni də öz nəfsimə möhtac etdilər.
Üzüb məni,günahı da məndə gördülər
Yarəbbi, Səndən savayı kimsəyə gümanım yox.
Yarəbbi, gümanım yox
Gözüm dolur,göz yaşımı silən yox
Nəyim olmasa da,gözüm olur həmişə tox.
Yaşayıram şükr edirəm daha çox
Yarəbbi, Səndən savayı kimsəyə gümanım yox.
Yarəbbi, gümanım yox
Deyirlər qəmini heç kimə demə
Yaşayıram pis, yaxşı olsam da necə.
Keçir ömrüm bir qaranlıq gecədə
Yarəbbi, Səndən savayı kimsəyə gümanım yox.
Yarəbbi, gümanım yox
Utanmıram köhnə paltar geyinsəm də əynimə
Libasım təqvalıq olsun, güvənim əməlimə.
Qapılmışam öz hissimə, kimsə dözməz dərdimə
Yarəbbi, Səndən savayı kimsəyə gümanım yox.


Tarix: 04.12.2014 / 11:22 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqlı melumatlar