beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyat gözəldi, şirindi. amma ...

"Ey iman gətirənlər! Peyğəmbər sizi - sizə həyat verəcək bir şeyə dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin...!” 1.

http://imgs.su/tmp/2012-10-26/ ... 5.jpg

"Həyat” ərəb mənşəli sözdür. "Dirilik” mənasını verir.
Diqqət etsəniz bu ayədən məlum olur ki, əsl həyat adi həyatdan fərqli bir şeydir. İnsanın yaranması, var olması hələ hər şey demək deyil. Onun bir də həqiqi var olması, həqiqi həyatı var.
Yuxarıda qeyd etdiyimiz ayə İslam dininin bir cümlədə konkret hədəfini açıqlayır. Məlum edir ki, dinimiz İslam əslində insanlara "həqiqi həyat” bəxş etmək üçün nazil olunub.
Sanki Allah insanı yoxdan var edir, ona ilkin varlıq vermək üçün öz ruhundan ona üfləyir.
Amma bu varlığı sürdürmək üçün - həmişəlik var olmaq üçünsə bu İlahi ruhdan əlavə,
ona İlahi təlimlər də lazımdır.
Və Allah bu təlimləri din olaraq insana endirir.
Arestotel deyir: "Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.”
İnsana bu məlum hərəkəti verən məhz onu yaradan Allahın səmavi təlimləridir.
İnsan daim Ona doğru hərəkətdə olmalıdır. Və dinin təlimləri olmadan qaça-qaça hərəkət etmək belə sükunətin eynidir.
Bəli. İslam həyat deməkdir. Əgər sən müsəlmansansa və həyatın başqa insanlarla fərqlənmirsə demək ki, həqiqi İslam canına hopub sənə həyat verə bilməyib.
Əgər sən müsəlmanın qeyri müsəlmandan fərqi sadəcə gündə 5 vaxt qıldığın namaz, ildə bir ay tutduğun oruc və s. bu kimi dini hökmlərdirsə, lovğalanma, sən də hələ ki, həqiqi həyatda doğulmamısan deməkdir.
Həqiqi həyatı olan müsəlmanın düşüncə tərzindən başlayaraq dünyagörüşü, hadisələrə baxış açısı, problemlərdə çözüm üsulu, sevinci, kədəri, bağışlaması, cəzalandırması və ümumiyyətlə bütün rəftarları həyat dolu olmalıdır.
Həqiqi həyatı olan müsəlmanın yaxınlaşdığı bütün məkanlar, toxunduğu bütün varlıqlar canlanmalıdır. Əsl müsəlman yalnız həyat verir. Əsl müsəlman öldürmür heç zaman, yalnız dirildir. Əsl müsəlmanın bəzi vaxtlarda (vətən, din, haqq uğrunda müharibədə) öldürmək zorunda qalması da bağbanın ölmüş, artıq, başqa budaqların yaşamasına mane olan budaqları dallayıb qalan budaqlara can vermək, onları yaşatmaq istəyi kimidir...

http://imgs.su/tmp/2012-10-26/ ... 5.jpg


Bəlkədə sənin başqalarından fərqlənməmənin səbəbi əlində olan İslamın "qayçılanmış İslam” olmasıdır. Qayçılanmış İslam insana həyat verəcək gücdə deyil. İslam təlimləri toplu olaraq mənimsədildiyi zaman nicat verici ola bilir. Misal üçün Seyyid Qütbün dediyi kimi "Amerika İslamı” xilas edə bilmir müsəlmanı. Çünki o İslam qayçılanmış İslamdır. Həqiqi və orjinal İslamına ulaşmayınca müsəlman geridə qalmışlığı davam edəcək. Həqiqi İslamı mənimsəmədiyi sürəcə həqiqi həyatı da olmayacaq müsəlmanın...

http://imgs.su/tmp/2012-10-26/ ... 5.jpg


Həyat gözəldi, şirindi...amma bu qədər gözəl həyatın içində həyatdan da gözəl və əhəmmiyyətli varlıqlar var. Bir hədisdə İmam Əskəri (ə) bu haqda belə deyir:
"Həyatdan daha yaxşısı odur ki, onu əldən verən zaman öz həyatından bezəsən. Ölümdən daha pisi odur ki, ona məruz qalanda ölümü arzulayasan.”



Sorursan ki, həyat nədir?
Həyat haqqın çırağıdır.
Gördüyümüz bütün varlıq,
Bu həyatın qonağıdır.



Həyat bir Onu axtarmaq,
Onsuz Onu yaşatmaqdır.
Onun ardınca sürünmək,
Sonunda Ona çatmaqdır!



Həyat əfsanədir demə,
Bu söz, Şeytanın sözüdür.
Həyat İlahi bir nemət,
Həyat Allahın özüdür.


Tarix: 04.12.2014 / 11:02 Müəllif: Aziza Baxılıb: 102 Bölmə: Maraqlı melumatlar