beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Utanıram, Allahım

Utanıram Allahım
On dörd əsr öncə çəkilən əziyyətləri bilincə
Boş-boş səbəbləri problem kimi böyütdüyümə görə
O Allah dostlarının çəkdikləri o qədər əziyyəti və usanmadıqlarını düşününcə
Utanıram şikayətləndiyim o günlərə, səbəbsiz üzüldüyüm "çarə"li çarəsizliklərimə görə
İmkansız sandığım hər bir şeyi önümə düzülmüş görüncə
Utanıram kimsəm yoxmuş kimi darıldığım günlərə görə
həmdə anam atam olduğu halda
Oysa Sultanlar Sultanının (s.a.v.) nə anası oldu nə atası.
İmkanım və zamanım olduğu halda dəyərləndirmədiyim günlərə görə
Cahillik dönəmini yaşamışıq deyə
Utanıram yuxumu ibâdətimə tərcih etdiyim gecələrə görə
həmdə Rəbbə ən yaxın vaxtın gecə olduğunu bilə-bilə.
Duanın rədd olunmadığı o misilsiz gecələrdə
alnımı səccadəmdə yetərincə tutmadım deyə
Əlimi dua üçün açamadığım gün və gecələrə görə
Utanıram Rəbbimin və Rəsûlunun (s.a.v.) adını yetərincə zikr etmədim deyə
Yemək yeyərkən ac qalanları xatırlamadığım günlərə görə
Bir neçə xurma ilə doyan Rəsûl-i Əkrəm'i və Əshabını bilincə
Sıxıntını dərd etdiyim "sıxıntısız" hâlıma görə
həmdə "Sıxıntı nədir bilmədik" gerçəyini bilincə
Şükr etməyi unutduğum anlara görə
Hər şeyə görə utanıram
Qüsursuz nemətlərlə yaşadığımız üçün şükr etmək əvəzinə
nemətləri görməyən korlardan oldum deyə
Utanıram hər yeni bir geyim aldığımda
illərcə eyni paltarda olanları görmədim deyə
Utanıram aynaya hər baxdığımda
qüsursuz yaradıldığımızı anlamıram deyə
Utanıram bilmədiklərimi indi öyrənməyə,
görmədiklərimi indi görməyə
Çox utanıram, Allahım,
Səndən bir şey istəməyə!
Həmişə fikirləşərdim ki "istəmək" məndən, vermək "istəmə hissini verəndən"
İndiyə qədərki heçbir istəyimi bu qədər ürəkdən istəmədim.
Rəbbim, dünyada utandım, Axirətdə utandırma məni
Hüzurunda utandırma...
Yenə də utanıram istərkən.
"Mən lâyiqəmmi" deyə
İlâhi, Sən qəlbləri ən yaxşı bilənsən
Əff et, mərhəmət et. Əzabından qoru. Səndən yenə Sənə sığınıram


Tarix: 03.12.2014 / 17:26 Müəllif: Aziza Baxılıb: 108 Bölmə: Maraqlı melumatlar