beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oxu, ey cahil Quranı oxu!

Məscidlə əvəz et kafə barını,
Sədəqə et, yığdığın dünya malını.
Haramdı musiqi, dinlə Quranı,
Oxu, ey cahil, Quranı oxu,
Oxu Allahın adıyla oxu.
….
Qəbr əzabı var, insanı sıxar,
Cəhənnəm odu var yandırıb yaxar,
Sorğuyla əməlin ortaya çıxar,
Oxu, ey cahil, Quranı oxu,
Oxu Allahın adıyla oxu.
….
Aç oxu, Quranı nəzərdən keçir,
Ömrünü boş deyil, beş vaxtla keçir.
Allahı sevən Siratı keçir,
Oxu, ey cahil, Quranı oxu,
Oxu Allahın adıyla oxu.
….
Qiyamət saatı qopduğu zaman,
Kafirlər diz çöküb istəyər aman.
Sən də şəhadət et, olma peşiman.
Oxu, ey cahil, Quranı oxu,
Oxu Allahın adıyla oxu.
….
Qüdrət sahibinin yox ehtiyacı,
Kəffarədir verdiyin hər ağrı-acı.
Odur bəndəsinə edən əlacı,
Oxu, ey cahil, Quranı oxu,
Oxu Allahın adıyla oxu.


Tarix: 03.12.2014 / 17:11 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Maraqlı melumatlar