beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ibadət Edin...

Bir dərviş evdən çıxarkən xanımına işə gedirəm
deyər, ancaq məscidə gedər ibadət edərdi.
Axşam evə döndüyündə xanımı:
Yeməyə bir şeyimiz yoxdu bilirsən, əlin boşmu döndün, dediyində də çalışdığım şəxs elə cömərtdir ki, ondan pul istəməkdən utanıram deyərdi. Ay sonunda ödənişin hamısını topdan verəcək deyərdi. Ay sonu gəldiyində, yenə evdən ayrılmış, məscidə getmiş, ibadət etmişdi. Axşam evə qayıdan fikir onu alır, ay sonu idi, xanıma nə deyəcəkdi. Qəmli-qəmli evə doğru gedirdi. Sonunda evə yaxınlaşdı. Evdən ləziz yemək qoxuları ətrafa yayılırdı. Çaşmışdı, xanımı qapını gülər üzlə açdı,
içəri girdilər və olanları ərinə belə izah etdi:
Kimin yanında çalışırsan bəy, həqiqətən cömərd biri imiş. Günorta vaxtları idi, nur üzlü iki şəxs qapını döydü "Bunlar bəyinin iş məvacibidir, əgər bundan sonra da işinə davam edər və daha çox çalışarsa, məvacibi daha da artacaq" dedilər və təzə kəsilmiş qoyun əti, növ-növ yemək, heç dadmadığım meyvələr və bir kisə də qızıl verdilər. ALLAH razı olsun o kimsədən. Aclıqdan artıq dözümümüz qalmamışdı. Xanımından bu sözləri dinləyən dərviş ALLAHa şükr edib, ibadətinə davam etdi..

ALLAH (c.c.) nəyə qadir deyil ki!


Tarix: 03.12.2014 / 17:08 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Maraqlı melumatlar