beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazan fiqhi-sual və cavablar

Orucun hökmü
Sual: Oruc nə deməkdir?
Cavab: Oruc — niyyət edib dan yeri söküləndən gün batanadək (yemək-içmək, cinsi əlaqə və başqa bu kimi) orucu pozan şeylərdən özünü saxlamaq deməkdir.
Sual: Ramazan ayında oruc tutmaq vacibdirmi?
Cavab: Bəli vacibdir. Uca Allah buyurur:
«Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.»(əl-Bəqərə surəsi, 183.)
«(Oruc günləri) Ramazan ayıdır ki, onda (həmin ayda) insanlara doğru yol göstəricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı) oruc tutmalıdır.» (əl-Bəqərə surəsi, 185.)
Sual: Oruc tutmaq kimlərə vacibdir?

Cavab: Oruc tutmağa qadir olan hər bir həddi buluğa çatmış, ağlı başında olan müsəlman Ramazan ayının orucunu tutmalıdır. Xəstə və müsafir olanlar isə başqa günlərdə tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar. Uca Allah buyurur:
«Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda (oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir.» (əl-Bəqərə surəsi, 185.)
Sual: Bütün oruclar eyni hökmdədirmi?
Cavab: Xeyr! Hər orucun öz hökmü vardır. Oruc hökmlərə görə aşağıdakı qisimlərə bölünür:
- vacib oruclar: Ramazan ayının orucu, qəza, nəzir və kəffarə orucları;
- qadağan olunmuş oruclar: Ramazan və qurban bayramlarında, heyz və nifas halında tutulan oruclar. Həmçinin şəkk edilən gün,(Şaban ayının 30-u yoxsa, Ramazan ayının 1-i olduğunu yəqin bilməmək və həmin gün oruc tutmaq) həcc ziyarətində Ərafa günü,(Zil-Hiccə ayının 9-u.) təşriq günləri (Zil-Hiccə ayının 11-i, 12-si və 13-ü.) tutulan oruclar və xəstənin halını ağırlaşdıran oruc da buna aiddir. Habelə ərin izni olmadan qadının tutduğu nafilə orucu, cümə və şənbə günlərini xüsusiləşdirib oruc tutmaq da bura daxildir;
- müstəhəb oruclar: Birinci və dördüncü günlər, hicri aylarının 13-ü, 14-ü və 15-i, Məhərrəm ayının 9-u, 10-u və 11-i, Şəvval ayının istənilən altı günü, zil-Hiccə ayının ilk doqquz günü və hədislərdə varid olan başqa bu kimi oruclar;
- məkruh oruclar: Xəstəyə çətinlik törədən oruc;
- mübah oruclar: Müsafirin orucu;


Tarix: 03.12.2014 / 16:44 Müəllif: Aziza Baxılıb: 138 Bölmə: Maraqlı melumatlar