beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın məhəbbəti insanların məhəbbəti kimidirmi?

Məhəbbətə ehtiyac duymaq

Bəşər cəmiyyəti məhəbbətə ehtiyaclıdır. Məhəbbət insanın ruhi və psixi duyğularının və ehtiyaclarının əsasını təşkil edir. Əgər insanın bu ehtiyacı tə`min olunmazsa, həyəcan və iztiraba düşər. Məhəbbətin az olması, yaxud olmaması insanın ruhunda mənfi tə`sir qoyub, acınacaqlı nəticələr yaradır və onların bir-birilə əlaqələrini qırır.
Məhəbbət qaranlığa qalib gələn işıqlı çıraq və dərin duyğudur. İnsanlar tarix boyu ona nail olmaq yollarını axtarmışlar. Məhəbbət yüksəkliklərə ucalmaq, istənilən kamilliklərə çatmaq yoludur. Buna görə də, sevmək, məhəbbət bəsləmək bəşər cəmiyyəti üçün ən dərin ehtiyac olmuşdur. İnsan hələ də ona möhtacdır.

Məhəbbətin səbəbləri



Məhəbbət üçün müəyyən səbəblər göstərilir. Ən əhəmiyyətli amil insanın özü-özünü (nəfsini) sevməsidir. Hər bir əql sahibinin məhəbbət bəslədiyi ilk şey onun öz nəfsidir. Məhəbbətin tə`rifində qeyd etdiyimiz kimi, insanın hansısa bir şeyə məhəbbəti onun təbii meylinə uyğun səbəblərdən irəli gəlir. Məlum olduğu kimi, hər bir varlıq hər şeydən artıq öz nəfsinə daha uyğundur. Necə ki hər bir varlıq özünü hamıdan yaxşı tanıyır. Buna əsasən, demək olar ki, hər bir varlıq hər şeydən çox özünü istəyir. Nəfsi və özünü sevmək əql və şüur sahibi olan hər bir varlığın təbiətində yaşamaq istəyinin mövcud olmasıdır; necə ki varlıq kamalı da onun diqqət mərkəzindədir. Çünki nöqsan kamalın ziddidir və kamala sahib olmamaq bir növ məhv olmaqdır. Əql sahibi olan varlıqlar yoxluğa və məhv olmağa nifrət etdikləri üçün (bir növ məhv olmaq sayılan) naqisliyi xoşlamırlar. Demək, nəfsi sevmək (insanın özünü sevməsi) varlıq kamalına və yaşamağa meyl deməkdir.

Allahın məhəbbəti

İnsan fitrətinin məhəbbətlə qarışması Allah-taalanın zatında məhəbbətin olmasına sübutdur. Çünki Allahda olmayan həqiqətin insanın vücudunda təzahürü qeyri-mümkündür. Görəsən, bir şəxs bir şeyə sahib olmadığı halda onu başqasına əta edə bilərmi?!
Əbül-Həsən Deyləmi deyir: “Mənim yanımda bir filosofdan eşqin yaranması haqda soruşulduqda, dedi: “Eşqini bildirən birinci varlıq Allah-taaladır.”
Digər tərəfdən, öncə qeyd etdiyimiz kimi, məhəbbətin ən mühüm səbəblərindən biri əql sahibi olan hər bir varlığın özünü sevməsidir. Allah-taalanın əql və şüur sahibi olan bir varlıq kimi Özünü sevməsi mümkündür. Lakin Qur`ani-kərimdə Onun öz bəndələrinə məhəbbəti ilə əlaqədar nazil olan ayələr də mövcuddur.
Görəsən, Allahın bu məhəbbəti Özünü sevməsindən fərqlidirmi? Ümumiyyətlə, Allahın məhəbbəti insanların məhəbbəti kimidirmi?

1Allahın bəndələrinə qarşı məhəbbəti bir baxışdan Özünü sevməsidir. Çünki məxluq (yaradılmış) Allahın zatından qaynaqlanan fe`llərdəndir, həqiqətdə Onun ad və sifətlərinin əlamətidir. Allah-taala Öz zatını sevdiyi üçün, Onun zatının nişanəsi və əlaməti olan hər bir şeyə məhəbbət bəsləyir.
Qazi Həmədani bu haqda demişdir: “Ey eşidənlər, can həzrət Müstəfaya fəda olsun! Məxluqlar elə güman edirlər ki, Allahın onlara göstərdiyi məhəbbət və əta etdiyi ne`mətlər onlara xatirdir. Xeyr, bu, onlara xatir deyil. O, bunları Özünə xatir əta edir; çünki aşiqin mə`şuqa mərhəmət göstərib əta etməsi ona xatir yox, öz eşqinə görədir. Bu sözləri unutma! Sən elə güman edirsən ki, Allahın həzrət Müstəfaya məhəbbəti ona xatirdir? Xeyr, bu Onun öz eşqinə sədaqətidir


2-


Tarix: 03.12.2014 / 16:30 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Maraqlı melumatlar