beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Kərimdə say möcüzəsi

Müqəddəs kitabımız olan Qurani -Kərimdə;

Yeddi göy" ifadəsi 7 dəfə keçir.
"Göylərin yaradılışı (xəlqi səmavat)" ifadəsi də 7 dəfə təkrarlanır.

"Gün (yəvm)" ifadəsi tək olaraq 365 dəfə keçərkən, çoxluq yəni "günlər (əyyam və yəvməyn)" sözləri 30 dəfə təkrarlanır.
"Ay" sözünün təkrar sayı isə 12-dir.

"Bitki" və "ağac" sözlərinin təkrar sayı eynidir: 26"Cəza" sözü 117 dəfə çəkilərkən Quran əxlaqının təməl xüsusiyyətlərindən olan "bağışlamaq" ifadəsi bu ədədin tam 2 misli qədər yəni 234 dəfə təkrarlanır.

"De" sözlərini saydığımızda çıxan nəticə 332-dir. "Dedilər" sözünü saydığımızda da eyni rəqəmi əldə edirik.

"Dünya" sözü və "axirət" sözünün təkrarlanma sayı eynidir: 115

"Şeytan" sözü Quranda 88 dəfə keçir.

"Mələk" sözünün təkrar sayı da 88-dir.

"İman" və "küfr" sözləri Quranda 25 dəfə təkrarlanır.

"Cənnət" və "cəhənnəm" sözləri də hərəsi eyni sayda təkrarlanır: 77.

"Zəkat" sözü Quranda 32 dəfə təkrarlanarkən, "bərəkət" sözünün təkrarlanma sayı da 32-dir.

"Yaxşılar (əbrar)" 6 dəfə təkrarlanarkən "pislər (fuccar)" sözü isə tam yarısı qədər yəni 3 dəfə keçir.

"Yay-isti" sözləri ilə "qış-soyuq" sözlərinin işlənmə ədədləri də eynidir: 5

"Şərab (hımr)" və "sərxoşluq (səkərə)" sözləri də Quranda eyni ədəddə təkrarlanır: 6

"ağıl" və "nur" ədədlərinin təkrar sayı da eynidir: 49

"Dil" və "öyüd" sözləri bərabər ədəddə -25 dəfə- təkrar edilir.

"Fayda" sözü 50, "pozma" sözü də 50 dəfə təkrarlanır.

"Sevgi" və "itaət" sözlərinin təkrar sayı eynidir: 83

Quranda "çevrilmə" və "sonsuz" sözləri bərabər ədəddə iştirak etmişdir: 28

"Müsibət" sözü və "şükr" sözü Quranda eyni sayda keçir: 75 dəfə

"Günəş (şəms)" və "işıq (nur)" sözləri Quranda 33 dəfə keçir. (Sayarkən "nur" sözünün yalnız adlıq halları diqqətə alınmışdır.)

"Doğru yola çatdıran (Əlhuda)" və "rəhmət" sözlərinin təkrar sayı bərabərdir: 79

Quranda "çətinlik" sözü 13 dəfə iştirak edərkən, "dinclik" sözü də 13 dəfə təkrarlanır.

"Qadın" və "kişi" sözlərinin təkrar sayı da eynidir: 23

Qadın-kişi sözlərinin Quranda təkrar sayı olan 23, eyni zamanda insan rüşeyminin (embryo) meydana gəlməsində yumurta və spermdən gələn xromosom sayıdır. İnsanın xromosom sayı da ana və atadan gələn 23 xromosomun cəmi olaraq 46-dır.

"Xəyanət" sözü 16 dəfə keçərkən, "xəbis" sözünün təkrar sayı da 16-dır.

"İnsan" sözü Quranda 65 dəfə keçir; insanın yaradılış mərhələlərinin sayının cəmi də eynidir.

Salavat sözü bütün Quranda 5 dəfə keçir və Allah insanlara gündə beş dəfə namaz qılmalarını bildirmişdir.

"Quru" sözü Quranda 13 dəfə keçərkən, "dəniz" sözü 32 dəfə keçməkdədir. Bu ədədlərin cəmi bizə 45 ədədini verir.
Əgər torpağın Quranda çəkilmiş sayı olan 13-ü 45-ə bölsək %28,888888888889 sayını taparıq.
Dənizlərin Quranda sayı olan 32-ni 45-ə böldüyümüz zaman isə %71,111111111111 sayını alırıq.
Bu nisbətlər isə planetimizdəki su və quru parçalarının bir-birlərinə olan nisbətidir.


Tarix: 03.12.2014 / 15:55 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Maraqlı melumatlar