beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allaha səbr edək!

Bəlkə, siz də bilirsiniz, 11 sentyabr faciəsindən xilas olanlardan biri də bir şirkətin sahibi idi. Çünki oğlunu uşaq bağçasına qoymuşdu və o gün onu ötürməyə getmişdi və işə gecikmişdi. Hətta özünün dediyinə görə buna qəzəbləmişdi də..Başqa biri də xilas oldu, çünki yemək almaq növbəsi onda idi. Başqa biri də gecikmişdi, çünki zəngli saatı vaxtında çalmamışdı və o yuxudan vaxtında qalxıb işə vaxtında yollana bilməmişdi.. Biri tıxacda qalmışdı, çünki yolda avtomobil qəzası olmuşdu. Biri üstünə yemək tökmüşdü və paltarını dəyişmək məcburiyyətində qalmışdı ona görə işə vaxtında gec çatmışdı. Birinin o səhər avtomobili işə düşməmişdi. Biri qonaq qarşılamaq üçün hava limanına getmişdi. Birinin məktəbə getmək istəməyən tənbəl bir uşağı var idi, uşağını məktəbə getməyin vacib olması haqqında bilgiləndirirdi. Biri liftə çata bilməmişdi. Birinin yeni aldığı ayaqqabılar ayağını vurmuşdu və dərman almaq üçün aptekə getmişdi... Və bu gün onlar bu və ya başqa bir səbəblə hələ də sağdırlar...

Elə isə gələn dəfə avtomobilinizin açarlarını tapa bilməsəniz, hara isə geciksəniz, nəyəsə vaxtında çata bilməsəniz ( hətta bu dünyalar qədər sevdiyiniz insanla görüş olsa belə, hətta bu illərdir həsrət çəkdiyiniz hansısa əzizinizin görüşünə getməniz olsa belə) özünüzdən çıxmayın.
Hər dəfə işıqforda dayanmaq məcburiyyətində qalsanız, hövsələnizi basın. Heç gözləmədiyiniz halda yağışa düşsəniz, əsəblərinizə sahib olun. Və Allahın sizin o dəqiqə orada olmağınızı istədiyini düşünün.

Çünki O sizi görür. Və başınıza gələcəklərdən də xəbərdardır…Onun izni olmadan biryarpaq belə ağacdan qopub düşə bilməz…Deməli gecikmənizə səbəb olan problem aradan qalxmirsa unutmayın ki, Allah onun aradan qalxmasına icazə vermir və bud a sadəcə bəndəsinin xeyri üçündür. Sadəcə səbr edin və şükr edin. Unutmayın ki, Quranda belə bir cümlə var “Bəzən xoşladığınız bir şey sizing üçün zərərli, bəzən xoşlamadığınız bir şey sizing üçün xeyirli ola bilər. Onu siz bilməzsiniz Allah bilər”


Tarix: 03.12.2014 / 15:22 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Maraqlı melumatlar