beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GƏLƏCƏK QORXUSU

Din əxlaqı səmimi olaraq yaşandığında insanlar bir çox dərd və narahatlıqdan təbii şəkildə xilas olar və hamı dinc və rahat bir həyat sürər.


Möminlərdən başqa demək olar ki, bütün insanlar həyatlarının qabaqkı dövrlərində özlərini gözləyən hadisələrlə maraqlanar və bir çox pis ehtimalı düşünüb narahat olarlar. Bu, onları ciddi şəkildə təşvişə salar və narahat edər. Bundan başqa insanların əksəriyyətinin yaşadığı gündəlik narahatlıqlar da vardır ki, bunları da gələcək qorxusuna daxil etmək mümkündür. Kiçik yaşlarda bu vəziyyət dərs tapşırıqlarından, dostluq əlaqələrindən və şifahi imtahan kimi sadə problemlərdən ibarətdir. Ancaq yaş artdıqca insanlar üçün problemə çevrilən, onları qorxudan məsələlər də çoxalır. (Harun Yəhya, “Adamlıq Dini”)

Orta məktəb illərində geyinəcək paltar, yeyiləcək yemək, dostlarla yaşanan problemlər, qrup daxilindəki etibar, məktəbdəki müvəffəqiyyət və ailə əlaqələri insan üçün sanki dünyanın ən böyük və ən əhəmiyyətli problemləridir. Bu mövzulardakı hər hansı bir çatışmazlıq ruhuna təsir edir, hətta depressiyaya düşməsinə səbəb olur. Bu problemlər qazanılması mütləq lazım olan universitet imtahanı ilə ən yüksək nöqtəyə çatar. Çünki bu imtahan qazanılmadığı təqdirdə ailəyə necə hesab veriləcəyi, bu vəziyyətin qohumlara və ətrafdakılara necə açıqlanacağı kimi qayğılar gənc bir insanın mənəvi olaraq olduqca sıxıntıya düşməsinə səbəb olur. Hazırda belə vəziyyətlərə o qədər çox rast gəlinir ki, universitet və ya kollec imtahan nəticələrinin açıqlanmasının ardından qəzetlərdə çıxan intihar xəbərlərinə insanlar sanki alışmışlar. Ancaq unutmaq olmaz ki, bunlar son dərəcə yersiz narahatlıqlardır. İnsan, əlbəttə, bir imtahanda müvəffəqiyyət əldə etmək, yaxşı bir təhsil almaq istəyə bilər. Ancaq əlindən gələni etdiyi halda bir müvəffəqiyyət qazana bilmirsə, bu durumda Allaha təvəkkül edib Rəbbimizin özünə daha gözəl bir nəticə verməsi üçün dua etməlidir. Nəticədə burada əldə etdiyi və ya edə bilmədiyi hər cür müvəffəqiyyət qısa bir həyatın ardından ölümlə birlikdə mənasını itirəcək. Geriyə qalan isə insanın Allaha olan etibarı, təvəkkülü və imanı olacaq.

Lakin bu əhəmiyyətli həqiqətlərin fərqində olmayan, dindən uzaq kəslər üçün yaşın irəliləməsi ilə düz mütənasib olaraq gələcəyə bağlı qorxu və narahatlıqlar da artır. Bu insanlar gələcəyə dair planların xaricində gün içində edəcəkləri bir çox işi də düşünüb narahat olur və hətta stressə girirlər. İş yerindəki mövqeləri, tətilə gedib-gedə bilməyəcəkləri; gedəcəklərsə, hara gedəcəkləri; uşaqlarını xaricə göndərib-göndərə bilməyəcəkləri, daha yaxşı bir evə daşınıb-daşına bilməyəcəkləri, yığıncağa vaxtında çatıb-çata bilməyəcəkləri kimi saysız əndişələri vardır.

Pul məsələsi də dini yaşamayan insanların beynini ən çox məşğul edən, onları ən çox narahat edən məsələlərin başında gəlir. Pullarının çatıb-çatmayacağı narahatlığı həm gündəlik həyatlarında, həm də irəlidəki planlarında böyük yer tutur. Çünki onlar həm dünyaya yönələn böyük ehtiras içindədir, həm də imkanları məhduddur. Bu da gələcəklə bağlı qorxuya qapılmalarına səbəb olur. Buna görə imkanları olsa da, pullarını xeyirdə xərcləməz və insanlara kömək etməzlər. Maddi vəziyyəti yaxşı olan da, pis olan da eyni əndişədə olub xəsislik edər. Halbuki insanlara ruzi verib onları bəsləyən Allahdır. Allaha tam mənası ilə güvənsələr, onsuz da heç bir çətinlik çəkməzlər. Lakin bu etibarı yaşamadıqları üçün, belə bir asanlıqdan da məhrum qalırlar. Allah insanlara verdiyi mallarla onları sınayır və bu malları Öz rizası yönündə istifadə etmələrini istəyir. Amma gələcəyə yönələn bu cahil qorxu səbəbi ilə bir çox insan eqoist bir mövqe sərgiləyir. Allah ayədə onların bu vəziyyətinə belə diqqət çəkmişdir:
Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir. (“Bəqərə” surəsi, 268)

Bundan başqa insanları bürüyən irəliyə yönəlmiş qorxulardan biri də yaşlanmadır. Alınan hər cür tədbirə baxmayaraq, bədəndə qarşısı alınmaz yaşlılıq əlamətlərini-dərinin qırışmasını, sallanmasını, saçın tökülməsini və ağarmasını, həmçinin görmə, eşitmə qüsurları kimi yeni-yeni xəstəliklərin ortaya çıxmasını önləmək mümkün deyil. Bu ehtimalların hər biri dindən uzaq yaşayan insanlarda ciddi narahatlıqlara səbəb olur. Bundan başqa hər hansı bir ciddi xəstəlikdə uşaqlarının özlərinə baxıb-baxmayacağının dərdini çəkərlər. Nə şəkildə və harada öləcəklərini düşünüb qorxarlar. Yaşlılarda ən çox görünən qorxulardan biri də kişi və xanımdan birinin ölməsi durumunda digər tərəfin tək qalma qorxusudur. İki tərəf də daxilən “Görəsən, o ölsə, mən tək necə yaşayaram” deyə bir narahatlıq içindədir.

Burada sayılanların hər biri dini yaşamayan insanların gələcəklə bağlı ciddi qayğı və qorxularındandır. Din yaşanmadığı təqdirdə bu kimi narahatlıqların hiss edilməsi mümkünsüzdür. Möminlər üçün isə vəziyyət daha fərqlidir, onlar bu cür qorxuların heç birini yaşamazlar. Hər şeyin Allahın idarəsində olduğunu bilər, başlarına gələn hər şeyə xeyir gözü ilə baxar və Allahı dost bildikləri üçün köməyi də yalnız Ondan gözləyərlər. Ayrıca, dünyada qorxacaq heç bir mövzu olmadığını da bilərlər. Gələcəyə yönələn məsələlərdə Allahın ən məmnun olacağı seçimləri edib, əllərindən gələn səyi göstərib, Allahın yazdığı taleyə təslim olarlar. Ayədə onların bu dünya görüşü belə təsvir edilir:
De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O, bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (“Tövbə” surəsi, 51)


Tarix: 24.11.2014 / 12:50 Müəllif: Aziza Baxılıb: 124 Bölmə: Maraqlı melumatlar