beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DİNDAR YƏHUDİ VƏ XRİSTİANLARA ŞƏFQƏT VƏ MƏRHƏMƏT GÖSTƏRMƏK QURANIN AÇIQ BİR ƏMRİDİR

Müsəlmanlar Allahın Peyğəmbərimizdən (s.ə.s.) əvvəl göndərdiyi bütün peyğəmbərlərə iman edər və heç birini digərindən ayırd etmədən sevib hörmət edərlər. Eyni şəkildə bu haqq peyğəmbərlərə könüldən bağlanan və onlarla birlikdə haqqı müdafiə edən səhabələrlərinə də dərin bir sevgi və hörmət bəsləyərlər. Quran ayələrində peyğəmbərlərin səhabələrlərindən bəhs edilən ifadələr belədir:

Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demiş, həvarilər də: “Allahın köməkçiləri bizik!” – deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.
(Səff surəsi, 14)
...Kitab əhli içərisində düzgün bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar.

Onlar Allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.

Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz. Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!
(Ali-imran surəsi, 113-115)

Müsəlmanlar Qurana və Peyğəmbərimizin (s.ə.s.) sünneyi-səniyyəsinə uyğun hərəkət etmələri səbəbiylə kitab əhlini sevər və onlara qarşı məhəbbət hissi duyarlar. Allahın peyğəmbərlərinə sədaqətli olan, onlara endirilən risalətə bağlı qalan insanlara şəfqət duyarlar. Bu səbəblə, Allaha və Allahın Kitabına iman edən bir müsəlmanın antisemit mövqe tutmasından söhbət gedə bilməz. Çünki antisemit olmaq, yəni hz Musaya və onun risalətinə uyan dindar yəhudilərə qarşı düşmənlik etmək doğru deyil. Allaha və Onun peyğəmbəri hz Musa vasitəsilə İsrail oğullarına endirdiyi Tövrata tabe olduqları üçün onlara qarşı qəzəbli olmaq Qurana görə haramdır. Bu, müsəlmanlara yaraşan bir əxlaq anlayışı deyil.

Bizim üçün əsas olan Peyğəmbərimizin (s.ə.s.) mövqeyidir ki, Peyğəmbərimiz (s.ə.s.) öz dövründə yaşayan və Allaha iman edən yəhudilərə qarşı son dərəcə anlayışlı və ədalətli davranmışdır. Peyğəmbərimizin (s.ə.s.) və özündən sonrakı dörd xəlifə dövründə kitab əhlinə son dərəcə mərhəmətlə yanaşılmış, onlar qorunub himayə edilmiş, haqlarında ədalətlə hökm verilmişdir. Peyğəmbərimiz (s.ə.s.) həm onları islama dəvət etmiş, həm də Qurana görə onlara xoş davranıb dinlərini rahat yaşamalarına icazə vermişdir.

Quran ayələrinə görə, kitab əhlinə qarşı qətiliklə və heç bir şərt qoşmadan düşmən mövqesində olmaq lazım olardısa, bunu ilk edəcək adamın Peyğəmbərimizin (s.ə.s.) olacağı son dərəcə açıqdır. Halbuki Peyğəmbərimizin (s.ə.s.) və özündən sonra gələn xəlifələrin dövründə müsəlmanlara sığınan, əminlik istəyən və dinlərində onlarla döyüşməyən dindar yəhudilərə və digər kitab əhli mənsublarına son dərəcə mehriban və qoruyucu mövqenin tutulduğu tarixi sənədlərlə də sabitdir. (Ətraflı məlumat üçün baxın: http://www.kitapehli.com)

Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! (Mumtəhinə surəsi, 8)
Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər! (Maidə surəsi. 69)

Bu səbəbdən, Quran ayələrinə görə, Peyğəmbərimizin (s.ə.s.) dövründə də, bu anda da müsəlmanların fikri mübarizə aparacağı lazım olanlar dindarlar deyil, ateist yəhudi və bir qisim xristianlardır. Peyğəmbərimizin (s.ə.s.) mübarizə apardığı qrup heç vaxt dindar yəhudi və ya Allahın birliyinə inanan xristianlar olmamışdır. Peyğəmbərimiz (s.ə.s.) və səhabələri yalnız ateistlərə və müsəlmanlara zərər vermək, din əxlaqının yayılmasına və müsəlmanların təbliğ fəaliyyətinə maneə yaratmaq üçün maddi-mənəvi səy göstərən müşrik və münafiqlərə qarşı mübarizə aparmışdır.

Peyğəmbərimizin (s.ə.s.) etdiyi döyüşlərə baxıldığında bunların həmişə müdafiə məqsədli olduğu görüləcək. Yəni Peyğəmbərimiz (s.ə.s.) heç vaxt özünə müharibə elan etməyənə qarşı döyüşə getməmiş və ya döyüşə son vermək və əminlik istəyənə qarşı döyüşü davam etdirməmişdir. Peyğəmbərimiz (s.ə.s.) Allahın Quranda qəti hökmlərlə bildirdiyi döyüş durumlarına tam mənasıyla sadiq qalmışdır. Quranda bu mövzu ilə əlaqədar olaraq belə bildirilir:

Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! (Həcc surəsi, 39)
... Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər (orada) sizinlə vuruşsalar, siz də onları öldürün… (Bəqərə surəsi, 191)

Dolayısı ilə islam tarixi bu anlayışın nümunələriylə doludur. Məsələn, Xeybər yəhudiləri bir dəfə Peyğəmbərimizin (s.ə.s.) yanına gəlib məhsullarının bəzi müsəlmanlar tərəfindən icazəsiz şəkildə alındığını söyləmiş, buna görə həzrəti Peyğəmbər müsəlmanları məscidə toplayıb onlara özləriylə sözləşmə edənlərin mallarının haram olduğunu elan etmiş və etdikləri şeyin doğru olmadığını açıqlamışdır (Müsnəd, IV, 89; Vakidi, II, 691; Sərahsi, Siyər, I, 133, IV, 1530).

Yenə Peyğəmbərimizinin (s.ə.s.) Mədinənin ilk illərində hazırlatdığı Mədinə Şəhər Dövləti Müqaviləsinin 17-ci maddəsində "Yəhudilərdən bizə tabe olanlara kömək ediləcək və onlarla yaxşı davranılacaq. Onlar heç bir haqsızlığa uğramayacaq, düşmənlərinə kömək edilməyəcək" ifadəsi yazılmışdır. Eyni müqavilənin 25-ci maddəsində "Bəni-Avf yəhudiləri möminlərlə birlikdə tək bir ümmətdirlər. Onlar öz dinlərinə, müsəlmanlar da öz dinlərinə görə yaşayacaqlar" ifadəsinə yer verilmiş, 36-cı maddədə isə "Müsəlmanlarla yəhudilər arasında yardımlaşma, nəsihət və yaxşılıq olacaq" (İbn Kəsir, əs-Sirə, II/322; Həmidullah, əl-Vəsaiq, s. 44-45; Şərq və Qərb qaynaqlarında birlikdə yaşama, s. 285) ifadəsi vardır.

Peyğəmbərimizin (s.ə.s.) ardından həzrəti Əbubəkr (r.ə.) Təbərriyə şəhəri fəth edildiyində burada yaşayan xristianlara kilsələrinə toxunulmayacağına dair zəmanət vermişdir. Həzrəti Ömər (r.ə.), Qüdsü fəth etdiyində Qüds xalqına bir əminnamə vermiş və kitab əhlinin ibadətxanalarına toxunulmayacağını bildirmişdir. Yenə hz Ömərin (r.a.) Mədain xristianlarına verdiyi təəhhüddə "Xristian dinində olanlardan heç kim istəmədən müsəlman edilməyə məcbur edilməz" qanunu yer almışdır. Həzrəti Osmanın (r.ə.) dövründə isə bir erməni şəhəri olan Dəbilin fəthi əsnasında şəhərdə yaşayan xristian, yəhudi və atəşpərəstlərə verilən əminnamədə məbədlərin qorunacağı zəmanəti qeyd olunmuşdur. Köhnə kilsələrin təmir edilməsinə, yeni sinaqoqların və monastırların inşasına həmişə icazə verilmişdir.


Tarix: 24.11.2014 / 12:44 Müəllif: Aziza Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar