beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İSLAMDA DOST VE YAAR.

Bismilleh
Velhemdulilleh
Ve sallallahu aleyhi ve alihi vessellem.

UCA ALLAH-ın bütün gözelliyleri siz Azeri bacı-qardaşlarımın üzerine olsun.

Bu gün isteyirem İslamda sevgi ve dostluqdan yazım. Demey olar ki, hamımızın içinde ele bir axtarış var ki, hardasa bu axtarılanı tapmaq mümkün deyil. Önce dostdan yazacam: Biz dost axtarırıq, isteyiriy ki, ancaq bizim xeyallarımızın adamı olsun. Yeni bizim xeyalarımızda düşündüyümüz adam olsun. Biz istediyimiz şekilde davransın, xarakterce bizim beynimizde resmini cizdiyimiz adam olsun. Amma bu mümkün olmayacaq, çünki bizim xeyallarımızda düzeltdiyimiz dost heqiqi heyatda yoxdur. Buna sebebse beşerin eybli olmasıdır. Biz ne qeder çalışsaqda xeyallarımızın ne dostunu, nede yaarını tapa bilmeyeceyiy. Eger bele davam etsey dostsuz qalacağıq. Gerek ki, eyb axtarmağı özümüzden uzaqlaşdıraq, ve dostlarımızda gördüyümüz eybleri onları incitmeden onlardan uzaqlaşdıraq. Onları olduğu kimi qebul edey. Naqisliylerini xoş qebul edey. Bu üç şey o adamlarda olmasa onlarla dostluğumuzu davam etdirey.

1).Yalan.
2).Vefasızlıq.
3).Söz gezdirme.

Eger bu üç şey dostda yoxsa, gerey diger eyblerin görmezden geley. Bele olduqda dostluq möhkemlenecey, qardaşlıq ixlaslı olacay ve sonda istediyimiz, beynimizde canlandırdığımız dostu bax biz heqiqeten tapacağıq.

Ardı var.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 198 Bölmə: Maraqlı melumatlar