Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azan Sesi

İşqal olmuş torpaqlardan,
O yerlərdən, saraylardan,
Başı qarlı o dağlardan,
Daha gəlmir azan səsi.

Xan Şuşadan,Zəngilandan,
Viran qalmış Xocalıdan,
Bağ-bağçalı Cəbrayıldan,
Daha gəlmir azan səsi.

O yerlərdə qurdlar gəzir.
Pis əməlli yadlar gəzir.
O məscidlər əyləncədir.
Necə gəlsin azan səsi?

Torpağını satanlara,
Onu viran qoyanlara,
Gündə yüz kərə, milyon kərə,
Qənim olsun azan səsi.

Darıxmayın, a dağlarım.
Gözəl Şuşam,Cəbrayılım.
Gün gələcək çox keçmədən
Eşidərsiz azan səsi.

Qəlbdə iman olanların,
Cavanların,qocaların,
Xoş əməlli insanların,
Qəlbindədir azan səsi.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 54 Bölmə: Maraqlı melumatlar
loading...