beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ZEYDİN AQİBƏTİNDƏN XƏBƏR

Mühəmməd ibni Əbi Hazim deyir: Mən İmam Baqirin(ə) yanında idim. Bu halda Zeyd ibni Əli bizim yanımızdan keçdi.
İmam (ə) buyurdu: And olsun Allaha, Zeyd Kufədə qiyam edəcək və öldürüləcək. Başını dolandıracaqlar. Sonra isə onu o yerdə (İmam(ə) o yerə işarə etdi)-bir ağacdan asacaqlar. Bu sözləri İmamdan(ə) eşitdim və öz gözümlə müşahidə etdim. Bir gün bizə xəbər çatdı ki, Zeyd qiyam edib və öldürülübdür. Gördüm onun başını dolandırırlar və İmam(ə) buyurduğu yerdə bir ağacdan asdılar. İmamın(ə) buyurduqlarının dəqiq baş verməsindən çox heyrətləndim.


Tarix: 03.06.2013 / 19:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 42 Bölmə: Maraqlı melumatlar