beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RÜQƏYYA (şeir)

ॐ๑ Rüqəyya ๑ॐ
Müəllif-Nüsret Hesen
***
Ağlayan göz yorulmadı səninçün.
Ürəkdən qəm atılmadı
səninçün.
Bir ağ parça tapılmadı
səninçün.
Ey kəfəni qarə olan
Rüqəyya..
***
Kərametin Tanrı verən
möcüzə.
Nur verilib səni sevən hər üzə.
Səni Allah şəfa göndərib bizə.
Dərdlilərə çarə olan
Rüqəyya.
***
Unutmadıq, baxma bu yüz illərə.
Adın düşüb mömin olan dillərə.
Lənət olsun səni vuran
əllərə.
Hər tərəfi yarə olan
Rüqəyya.
***
Susuz qaldın Rəbbə ümid bağladın.
Uşaq olsan belə həya
saxladın.
Qamçıdan yox Hicab üçün ağladin.
Qəlbi parə-parə olan
Rüqəyya.
Ey kəfəni qarə olan
Rüqəyya
***


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 111 Bölmə: Maraqlı melumatlar